

SMM üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı
Vision Academy
Ə/h razılaşma ilə
435
Tam iş günü
Bakı,
Azərbaycan
23.06.2025 12:54
-
23.07.2025 12:00
İş haqqında məlumat
- Sosial media platformalarının xüsusiyyətləri;
- Kontent planının hazırlanması və idarə olunması;
- Hədəf auditoriyanın müəyyənləşdirilməsi;
- Reklam kampaniyalarının təşkili və izlənməsi;
- Kreativ kontent və vizualların hazırlanması;
- Copywriting və mesajlaşma texnikaları;
- Sosial media üçün foto və video materialların redaktəsi;
- Postların optimallaşdırılması və vaxtında yayımlanması;
- Sosial media analitika alətləri (Facebook Insights, Instagram Analytics və s.);
- Kampaniya nəticələrinin qiymətləndirilməsi;
- Rəqəmsal performans göstəricilərinin təhlili.
- Hesabatların hazırlanması və təqdimatı;
- Təlim təcrübə proqramı tam ödənişsizdir;
- Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək;
- Təlim təcrübə proqramı 2 ay davam edəcək;
- Təlim təcrübə proqramı hər gün 4 saat və həftədə 5 dəfə olmaqla , ümumilikdə 176 saat olacaq;
- 2 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.;
- Praktiki Təcrübə – Real sosial media hesablarının idarə olunması və kampaniyalar üzərində iş;
- Fərdi Mentor Dəstəyi – Təcrübəli sosial media mütəxəssislərindən rəhbərlik və dəstək;
- Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək;
- Sertifikat – Proqramı uğurla bitirənlərə təqdim olunur;
- Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.
Tələblər
- Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər;
- Yaş həddi: 21-35;
- Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər;
- Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər;
- Sosial media marketinq mütəxəssisi olmaq və bu sahədə praktiki bacarıq qazanmaq istəyən ali təhsilli şəxslər;
- Kreativ, ünsiyyətcil və sosial media platformalarında fəal olan şəxslər;
- Rəqəmsal marketinq sahəsində karyera qurmaq istəyənlər.