UR

Stock Manager

Universal RA MMC
700 ₼
350
Tam iş günü
Bakı, Azərbaycan
05/10/2026 - 19/10/2026

İş haqqında məlumat

  • Məhsulların anbara giriş-çıxış hərəkətini izləmək və stok qalıqlarına daim nəzarət etmək;
  • Dövri fiziki inventarizasiya və sayımlar həyata keçirmək, faktiki qalıqları sistem məlumatları ilə müqayisə etmək;
  • Məhsulların düzgün yerləşdirilməsini, saxlanılmasını və təhlükəsizliyini təmin etmək;
  • Stok dövriyyəsi və qalıqlar barədə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək;
  • Ehtiyac duyulan məhsulların sifariş prosesini həyata keçirmək və tədarükçülərlə əlaqələri idarə etmək;
  • Müvafiq hesabatları hazırlamaq və vaxtında təqdim etmək;
  • Şirkətin mağazaları ilə anbar/ofis arasında məhsul hərəkətinin — qəbul, transfer, uçot və çıxarılma proseslərinin düzgün aparılmasını təmin etmək.

Tələblər

  • Analitik düşüncə və stok səviyyələrini düzgün təhlil etmək bacarığı;
  • MS Excel, 1C və ERP/stok idarəetmə proqramları ilə işləmək bacarığı;
  • Güclü təşkilatçılıq və planlaşdırma bacarığı;
  • Dəqiqlik, məsuliyyətlilik və operativlik;
  • Hesabat hazırlamaq və məlumatları təhlil etmək bacarığı;
  • Şəxsi avtomobilinin olması mütləqdir;
  • Bəy namizədlərə üstünlük verilir.

Şirkət təklif edir

  • Əmək haqqı: 700 AZN + yanacaq xərcləri
  • İş qrafiki: 6 günlük iş həftəsi

Oxşar vakansiyalar