Toyota Gəncə Mərkəzi

Avtomobil satışı üzrə menecer

Toyota Gəncə Mərkəzi
Ə/h razılaşma ilə
636
Tam iş günü
Gəncə, Azərbaycan
02/10/2026 - 16/10/2026

İş haqqında məlumat

Toyota Gəncə Mərkəzi avtomobil satışı sahəsində təcrübəli, peşəkar ünsiyyət bacarıqlarına malik və nəticəyönümlü namizədləri Avtomobil satışı üzrə menecer vəzifəsinə müraciət etməyə dəvət edir.

Əsas vəzifələr:

  • Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun avtomobil modellərini təqdim etmək;
  • Avtomobillərin texniki xüsusiyyətləri, komplektasiyası və üstünlükləri barədə ətraflı məlumat vermək;
  • Müştərilər üçün avtomobil təqdimatlarını və test sürüşlərini təşkil etmək;
  • Satış prosesini ilkin müraciətdən avtomobilin təhvil verilməsinədək peşəkar şəkildə idarə etmək;
  • Potensial müştərilərlə davamlı əlaqə saxlamaq və müraciətlərin təqibini aparmaq;
  • Müəyyən edilmiş satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
  • Müştəri məlumatlarını və satış prosesini müvafiq sistemdə düzgün qeyd etmək;
  • Toyota brendinin korporativ standartlarına və yüksək müştəri xidməti prinsiplərinə riayət etmək;
  • Satış nəticələri üzrə müvafiq hesabatları hazırlamaq.

Tələblər

  • Avtomobil satışı sahəsində iş təcrübəsi və praktiki satış bacarığı;
  • Avtomobillər, onların texniki xüsusiyyətləri və satış prosesi barədə məlumatlı olmaq;
  • İngilis və rus dillərini C1–C2 səviyyəsində bilmək;
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
  • Güclü təqdimat, satış və danışıqlar aparmaq bacarığı;
  • Müştəriyönümlü, məsuliyyətli və nəticəyönümlü olmaq;
  • Komandada işləmək və müxtəlif müştəri profilləri ilə düzgün ünsiyyət qurmaq bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Sürücülük vəsiqəsinin olması.

Peşəkarlıq tələbləri:

  • Yaxşı analitik, problemlərin həll edilməsi və axtarış bacarıqlarının olması;
  • Müştərini dinləmək və inandırmaq bacarığı;
  • Təqdimat bacarığı;
  • Təzyiq altında işləmək bacarığı və prioritetlərin ortaya qoyulması qabiliyyəti;

 Digər məlumatlar:

  • İş yeri: Gəncə şəhəri, Gəncə- Şəmkir yolun sağ tərəfi
  • Ezamiyyə imkanları (zəruri hallarda)
  • 6 günlük iş rejimi (bazar ertəsi – şənbə)
  • İş vaxtı: Bazar ertəsi-Cümə: 09:00 – 17:00;  Şənbə: 09:00-15:00
  • Rəqabətə uyğun əmək haqqı və performansa əsaslanan bonus sistemi

Oxşar vakansiyalar