Bakı,
Azərbaycan
30.10.2025 11:26
-
30.11.2025 12:00
İş haqqında məlumat
- Beynəlxalq marşrutlar üzrə yük avtomobilini təhlükəsiz və qaydalara uyğun şəkildə idarə etmək.
- Yüklərin düzgün və təhlükəsiz şəkildə yüklənməsinə, bağlanmasına və boşaldılmasına nəzarət etmək.
- Daşıma zamanı yükün bütövlüyünü və təhlükəsizliyini təmin etmək.
- Gömrük və nəqliyyat sənədlərini düzgün və tam şəkildə doldurmaq.
- Sərhəd keçidlərində və beynəlxalq daşıma məntəqələrində tələb olunan sənədləri təqdim etmək.
- Tapşırılan marşrut üzrə hərəkət planına və yüklərin çatdırılma vaxtına riayət etmək.
- Sürüşgən iş qrafikinə uyğun fəaliyyət göstərmək.
- Marşrut üzrə hərəkət zamanı dispetçer və logistik şöbə ilə əlaqəni saxlamaq.
- Səfər hesabatlarını və yanacaq sərfiyyəti barədə məlumatları təqdim etmək.
- Nəqliyyat vasitəsinin texniki vəziyyətini gündəlik yoxlamaq, nasazlıq aşkar edildikdə rəhbərliyə məlumat vermək.
- Yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün təhlükəsizlik qaydalarına əməl etmək.
İş şəraiti:
- Əmək haqqı: iş görüşməsində müəyyən olunacaq
- İş qrafiki: Sürüşkən qrafik
Diqqət: Xahiş edirik elanla bağlı müraciət edərkən müəssisənin ünvanına diqqət yetirəsiniz.
Müraciət forması:
Qeyd olunan tələblərə cavab verən namizədlər Müraciət Et düyməsində göstərilən mail ünvanına “Mühasib” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.
Tələblər
- Yaş həddi: 25-55 arası ;
- 5 il iş təcrübəsi olmalıdır;
- Azərbaycan, rus (mütləqdir) dilləri ;
- Sürücülük kateqoriyası: A, B, C, E;
- Nizam-intizamlı, dəqiq və məsuliyyətli olmaq;
- Komanda ilə işləmə bacarığı və etik davranış qaydalarına riayət etmək.