Az Logistika

Təhlükəli yüklərin daşınması üçün “E” kateqoriyalı sürücü

AZ Logistika
900 - 1100 ₼
4122
Tam iş günü
Bakı, Azərbaycan
27.10.2025 04:33 - 27.11.2025 12:00

İş haqqında məlumat

Dispetçer  və rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirərərk yüklərin təhlükəsiz və vaxtında daşınmasını təmin etmək

  • Yük avtomobillərinin təmizliyi, texniki vəziyyətinə gündəlik nəzarət etmək və nasazlıqları vaxtında texniki heyətə bildirmək;
  • Təyin olunmuş marşrut üzrə yükləri düzgün və məsuliyyətlə çatdırmaq;
  • Yol hərəkəti qaydalarına və şirkətin təhlükəsizlik standartlarına ciddi riayət etmək;
  • Sənədlərin düzgün şəkildə doldurulması, qəbul və təhvili.

İş barədə məlumat:

  • Sektor: Neft-qaz, təhlükəli yüklərin/tullantıların daşınması;
  • Əmək haqqı: 900 - 1100 AZN;
  • Növbə: gündüz və yaxud gecə;
  • İş rejimi: qanunvericiliyə uyğun olaraq.

Üstünlüklər:

  • ADR sertifikatı  və yaxud xüsusi sürücülüklə bağlı təlim mərkəzlərində təlim keçmiş namizədlərə üstünlük verilir;
  • Sürücülükdə qəzasız və intizamlı tarixçəsi olan şəxslərə üstünlük verilir;
  • Texniki biliklərin olması əlavə üstünlükdür;
  • Vakuum tipli yük avtomobillərini idarə etməyi bacaran sürücülərə üstünlük verilir.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Etibarlı E kateqoriyalı sürücülük vəsiqəsi;
  • Yükdaşıma sahəsində minimum 3 il iş təcrübəsi;
  • Yük maşınlarının idarə olunmasında təcrübə;
  • Məsuliyyətli, intizamlı və etibarlı olmaq;
  • Uzun məsafəli səfərlərə və regionlara ezam olunmağa hazır olmaq;
  • Minimum yaş həddi – 21 yaş.


Oxşar vakansiyalar