Bakı,
Azərbaycan
16.06.2025 00:00
-
16.07.2025 00:00
İş haqqında məlumat
Azproduct MMC — qida sənayesi üzrə ixtisaslaşmış, davamlı inkişaf edən şirkətimizə məhsulların vaxtında və təhlükəsiz şəkildə çatdırılmasını təmin edəcək peşəkar və məsuliyyətli sürücü axtarırıq. Namizəd həm də satış sahəsində təcrübəyə malik olmalı və müştərilərlə düzgün ünsiyyət bacarığına sahib olmalıdır.
- Şirkət məhsullarının müəyyən olunmuş marşrutlar üzrə vaxtında və təhlükəsiz çatdırılması;
- Ford Transit tipli avtomobilin texniki vəziyyətinə gündəlik nəzarət və baxım;
- Yol vərəqələrinin düzgün aparılması və sənədləşmələrin qaydalara uyğun şəkildə təhvili;
- Müştərilərlə etik və peşəkar davranış, satış prosesinə dəstək;
- Logistika və satış komandaları ilə operativ əməkdaşlıq;
Təklif etdiyimiz şərtlər:
- Rəsmi əmək müqaviləsi və tam qeydiyyat;
- Əmək haqqı – 750 AZN (net);
- Yanacaq, təmir və digər xərclər şirkət tərəfindən qarşılanır;
- Peşəkar və dəstəkləyici komanda mühiti;
- Uğurlu əməkdaşlıq halında karyera yüksəlişi imkanı;
- İş rejimi: Tam ştat, 6 günlük iş həftəsi.
Tələblər
- Minimum 3 il sürücülük təcrübəsi (Ford Transit və ya oxşar yük avtomobillərində);
- B kateqoriyalı sürücülük vəsiqəsi;
- Bakı və ətraf ərazilərin yol infrastrukturu üzrə yaxşı tanışlıq;
- Satış sahəsində ilkin bilik və təcrübə üstünlük sayılır;
- Korporativ ünsiyyət və işgüzar etikaya riayət;
- Punktuallıq, dürüstlük və komandada işləmək bacarığı.