Bakı,
Azərbaycan
31.10.2025 11:20
-
30.11.2025 12:00
İş haqqında məlumat
- Yerli və xarici bazarlarda İT avadanlıqları və video-müşahidə cihazları üzrə qiymət araşdırmalarının aparılması və alış prosesinin həyata keçirilməsi;
- Tədarükçülərlə danışıqlar aparmaq, ən sərfəli qiymət və şərtləri razılaşdırmaq;
- İT bazarında qiymət dəyişikliklərinin və yeniliklərin mütəmadi monitorinqi;
- Topdan satış və ixtisaslaşmış satış məntəqələri ilə əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı;
- Materialların alınması üçün kotirovka və tender proseslərinin təşkili və icrası;
- Sifariş olunan materialların operativ və vaxtında çatdırılmasına nəzarət;
- Görülmüş işlərin ERP sistemində qeydiyyata alınması və izlənməsi;
- Rəhbərliyin tələblərinə uyğun analitik hesabatların hazırlanması;
- Əmək haqqı: 1700 AZN (NET) .
Biz təklif edirik:
- Peşəkar inkişaf və karyera artımı üçün imkanlar;
- Rəqabətədavamlı əməkhaqqı;
- Rahat və dinamik iş mühiti;
- Müasir idarəetmə prinsipləri ilə çalışan komanda.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə:
- İş qrafiki: Həftə içi 5 gün saat 09:00-18:00;
- Nahar: 13:00-14:00;
- İstirahət günləri: şənbə, bazar;
- Ünvan: Çinar Park Biznes Mərkəzi. 4-cü bina.
Email: [email protected]
CV göndərilərkən məzmun yerində “Təchizat üzrə Aparıcı Mütəxəssis” qeyd olunması mütləqdir.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, İnzibati idarəetmə, Biznesin idarəedilməsi və s. sahələr üzrə);
- Azərbaycan dili sərbəst, ingilis və ya rus dillərini yüksək səviyyədə bilmək;
- Təchizat və satınalma sahəsində 3–5 il iş təcrübəsi;
- MS Office proqramlarında (xüsusilə Excel və Word) işləmək bacarığı;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rəsmi yazışmalar və təqdimatlar hazırlamaq təcrübəsi;
- Təchizat sənəd dövriyyəsinin təşkili və aparılması bacarığı;
- Satınalma müqavilələrinin tərtibatı üzrə biliklər;
- CIPS, CIPP və ya digər beynəlxalq satınalma sertifikatlarına malik olmaq üstünlükdür.