Bakı,
Azərbaycan
23.06.2025 09:24
-
23.07.2025 12:00
İş haqqında məlumat
- Şirkətin sturuktur bölmələri tərəfindən daxil olan tələblər üzrə tələbnamələrin dəqiqləşdirilməsi;
- Potensial satınalma gecikmələrinin qarşısının alınması, müəssisənin fəaliyyət cədvəlinə təsirinin azaldılmasına görə vaxtında tədbirlərin görülməsi;
- Bazarda mövcud olan şirkətlərlə qiymət sorğularının və tender müsabiqələrinin aparılması;
- Daxili və xarici bazarın araşdırılması və lazımi təchizatçı və podratçı bazasının yaradılması və müntəzəm olaraq yenilənməsinə nəzarət edilməsi;
- Müqavilələrin, xüsusilə alqı, satqı və xidmət müqavilələrinin hazırlanmasında sənədlərin təşkil edilməsi, satınalma şərtləri və qaydalarının müqavilədə öz əksini tapmasına nəzarət edilməsi, həmçinin bağlanmış müqavilələrin idarə olunmasının təmin edilməsi;
- Dövlət rəsmi qurumları ilə sənədləşmə işlərinin təşkili;
- Şöbə rəhbərliyinə hesabatların hazırlanması;
- Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı verilən digər tapşırıqların icrası.
Tələblər
- Maliyyə, iqtisadiyyat sahəsi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan, rus, ingilis dillərində ünsiyyət və yazı bacarığı;
- Microsoft Office (Word, Excel, Outlook, Power Point) və 1C proqramlarını peşəkar istifadə bacarığı;
- Xarici satınalmalarda təcrübə mütləqdir;
- Məsuliyyətlilik və hesabatlılıq; dəqiqlik, təşəbbüskarlıq və çeviklik;
- Yalnız və komanda ilə effektiv işləmə bacarığı.