Bakı,
Azərbaycan
27/11/2025
-
27/12/2025
İş haqqında məlumat
- Yeni və mövcud tələbələrlə ilkin əlaqə qurmaq, onları təlimlər, qaydalar və prosedurlar barədə məlumatlandırmaq;
- Tələbələrin müraciətlərini cavablandırmaq və ehtiyac olduqda müvafiq komanda üzvlərinə yönləndirmək;
- Təlim zamanı qarşılaşılan çətinlikləri izləmək və aidiyyəti komandaya və ya heyət üzvünə ötürmək;
- Tədris cədvəlləri, təlimçi dəyişiklikləri və digər yeniliklər barədə tələbələri məlumatlandırmaq;
- Təlimlərlə bağlı rəy və problemləri toplamaq, ümumiləşdirərək təkmilləşdirmə üçün təqdim etmək;
- Təlim materiallarının tələbələrə vaxtında çatdırılmasını təmin etmək;
- Texniki və təşkilati problemlərə çevik reaksiya vermək, operativ əlaqələndirmə aparmaq;
- Təlimlər, sorğular və qiymətləndirmələrlə bağlı sadə formatlı hesabatların hazırlanmasına dəstək vermək;
- Tələbələr üçün motivasiyaedici tədbirlər (oyunlar, sosial görüşlər və s.) planlamaq və icra etmək;
- Tələbələrə dair məlumatların arxivləşdirilməsi və məxfiliyinin qorunması.
Təklif etdiyimiz imkanlar:
- Peşəkar və dəstəkləyici komanda mühiti;
- Müxtəlif və dinamik iş prosesi;
- Əməkhaqqı müsahibə əsasında müəyyən olunacaq;
- Peşəkar inkişaf və yüksəliş imkanları.
İş qrafiki:
- Həftədə 6 gün;
- İstirahət günü: Çərşənbə axşamı və ya Cümə axşamı;
- Həftəiçi iş saatları: 11:00 – 20:00;
- Həftəsonu iş saatları: 09:00 – 18:00.
Müraciət qaydası:
CV-nizi və qısa motivasiya məktubunuzu "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.Mövzu hissəsində “Tələbələrlə İş üzrə Koordinator” qeyd edin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Yüksək təşkilatçılıq və kommunikasiya bacarıqları;
- Məsuliyyətli və tələbəyönümlü yanaşma;
- Çevik düşüncə və operativ qərarvermə bacarığı;
- “Google Workspace” (“Docs”, “Sheets”, “Forms” və s.) ilə işləmək bacarığı;
- Təlim, tədbir və sistem idarəçiliyində baza bacarıqlarına malik olmaq.