Bakı,
Azərbaycan
28/04/2026
-
12/05/2026
İş haqqında məlumat
- Hazırda təlim və inkişaf xidmətlərinin satışını həyata keçirəcək, yerli və xarici müştərilərlə effektiv əlaqələr quracaq Təlim Satışı üzrə Mütəxəssis axtarışındayıq. Bu vəzifə satış bacarıqları ilə yanaşı, güclü ünsiyyət və təqdimat qabiliyyəti tələb edir.
Vəzifə öhdəlikləri:
- Təlim proqramlarının (korporativ və fərdi) aktiv satışının həyata keçirilməsi
- Müştərilərlə effektiv danışıqların aparılması və uzunmüddətli əməkdaşlıqların qurulması
- Müştəri ehtiyaclarının təhlili və uyğun təlim həllərinin təklif edilməsi
- Satış planının icrası və satış göstəricilərinin artırılması
- Yeni müştərilərin cəlb edilməsi (cold & warm sales)
- CRM sistemində müştəri məlumatlarının düzgün və operativ şəkildə idarə olunması
- Təlim proqramları üzrə təqdimatların hazırlanması və keçirilməsi
İş şəraiti:
- İş qrafiki: Tam ştat (09:00-18:00)
- İş yeri: Caspian Plaza
- Əmək haqqı müsahibə əsasında təyin ediləcəkdir.
Tələblər
- Yaş həddi: 21–35
- Azərbaycan dili – sərbəst
- İngilis dili – yüksək səviyyə (B2–C1)
- Rus dili – üstünlükdür
- Satış sahəsində 1-3 il iş təcrübəsi (təlim və ya xidmət satışı sahəsində təcrübə üstünlükdür)
- Güclü ünsiyyət və danışıqlar aparmaq bacarığı
- Aktiv, təşəbbüskar və nəticəyönümlü yanaşma
- Təqdimat bacarıqları yüksək olan namizədlərə üstünlük verilir
- MS Office və CRM sistemləri ilə işləmə bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.