Hilton Garden Inn Baku

Təlim və inkişaf üzrə mütəxəssis

Hilton Garden Inn Baku
Ə/h razılaşma ilə
971
Tam iş günü
Bakı, Azərbaycan
30.09.2025 04:01 - 30.10.2025 12:00

İş haqqında məlumat

  • Otel əməkdaşlarının təlim ehtiyaclarını təhlil etmək və qiymətləndirmək;
  • Hilton University-dəki təlim materialları ilə tanış olmaq, tələb olunanların qeydiyyatını aparmaq və sonrasında əlavə təlimlərin keçirilməsini təmin etmək lazımdır;
  • Mövcud təlim proqramlarının effektivliyini izləmək və təkmilləşdirmək;
  • Əməkdaşların iş bacarıqlarını artırmaq üçün fərdi və qrup təlimləri təşkil etmək;
  • Müxtəlif sahələr üzrə təlim materialları və dərs vəsaitləri hazırlamaq;
  • Təlimlərin effektivliyini qiymətləndirmək üçün geri bildirimlər toplamaq;
  • Təlim nəticələrinin şəxsi performansa və ümumi komanda məhsuldarlığına təsirini analiz etmək;
  • İştirakçıların inkişafını izləmək və təlimin davamlı inkişafına dair hesabatlar hazırlamaq;
  • Otel sektorunun təlim standartlarına uyğun olan yeni təlim metodlarını və alətlərini tətbiq etmək;
  • İşçilərin ixtisaslaşmasını dəstəkləyən proqramların hazırlanmasına rəhbərlik etmək;
  • Otel sektorunun trendləri və yenilikləri ilə tanış olmaq və onları təlim proqramlarına inteqrasiya etmək;
  • İşçilərin inkişafına dəstək olmaq, onları yeni bacarıqlar öyrənməyə və inkişaf etməyə təşviq etmək;
  • Təlimlər üçün lazımi resursların (məsələn, müvafiq təlim materialları, texniki avadanlıq, yer) təmin olunmasını təşkil etmək;
  • Təlimlərin qeydiyyatını aparmaq, iştirakçıların siyahısını hazırlamaq və arxivləşdirmək.

İşçinin təminatları:

  • Qidalanma (işçi yeməkxanasında);
  • Könüllü tibbi siğorta;
  • TABİA Group – un tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları.

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Təlim və inkişaf üzrə mütəxəssis” yazmaqla Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərmələri xahiş olunur.

Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Tələblər

  • Ali təhsil (İdarəetmə, İnsan Resursları və ya əlaqəli sahələr üzrə);
  • Otel sənayesində və ya xidmət sahələrində təlim və inkişaf üzrə çalışmış təcrübə üstünlükdür;
  • Yüksək ünsiyyət və təqdimat bacarıqları;
  • Müxtəlif təlim növləri (həyat bacarıqları, peşəkar bacarıqlar, liderlik) üzrə təlimlər təşkil etmək bacarığı;
  • Kompüter bacarıqları: Microsoft Office proqramları, xüsusilə Excel və PowerPoint ilə işləmə təcrübəsi;
  • Azərbaycan dili (yazılı və şifahi) mükəmməl səviyyədə olmalıdır;
  • İngilis dili yaxşı səviyyədə.


Oxşar vakansiyalar