Bakı,
Azərbaycan
20.10.2025 04:36
-
20.11.2025 12:00
İş haqqında məlumat
“Honours Academy” komandası təlimlərin təşkilində operativlik, davamlılıq və innovativ inkişaf yönümlü yanaşma nümayiş etdirəcək “Təlim və İnkişaf üzrə Mütəxəssis” axtarır. Bu vəzifə həm təlimlərin icrasına təşkilati dəstək vermək, həm də təlimçi resurslarını və maarifləndirici təşəbbüsləri strateji şəkildə idarə etməklə təhsil prosesinə və gəlir modellərinə mühüm töhfə verir.
- Təlimlərin həyata keçirilməsi üçün ilkin planlama və başlanma prosesinin koordinasiyası;
- Təlim məqsədinə uyğun təlimçinin seçilməsi və təyin olunması prosesinin idarə edilməsi;
- Təyin olunmuş təlimlərin icrası üçün zəruri məlumatların aidiyyəti komanda üzvlərinə ötürülməsi;
- Əsas təlimlərin paralel və planlaşdırılmış sayda fasiləsiz təşkili və davamlılığının təmin olunması;
- Təcrübəli təlimçilər bazasının formalaşdırılması və strukturlaşdırılmış şəkildə idarə edilməsi;
- Təlimçilərlə çevik və peşəkar əvəzləmə sisteminin qurulması;
- Təlimçilərlə münasibətlərin idarə edilməsi və əməkdaşlıq mədəniyyətinin təşviq edilməsi;
- Yeni təlim, seminar və informasiya sessiyası təşəbbüslərinin hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Təsdiqlənmiş təşəbbüslərin tətbiqi üçün aidiyyəti komanda üzvləri ilə koordinasiya;
- Təlim strukturu və məqsədlərinə dair ilkin akademik əməkdaşlıq və məlumat mübadiləsinin təşkili;
- Hazırlanan təlim materiallarının rəhbərliyə təqdim edilməsi və təsdiqləndikdən sonra marketinq məqsədilə ötürülməsi;
- Təlim təşəbbüslərinin komanda daxilində vahid sistemlə əlaqələndirilməsi.
İş qrafiki:
- Həftədə 6 gün;
- İstirahət günü: Çərşənbə axşamı;
- Həftəiçi iş saatları: 11:00 – 20:00;
- Həftəsonu iş saatları: 09:00 – 18:00.
Təklif etdiyimiz imkanlar:
- Peşəkar və dəstəkləyici komanda mühiti;
- Müxtəlif və dinamik iş prosesi;
- Rəqabətli əməkhaqqı (müsahibə zamanı müəyyən olunacaq);
- Performansa əsaslanan bonus sistemi;
- Peşəkar inkişaf və yüksəliş imkanları.
Müraciət qaydası:
CV-nizi və qısa motivasiya məktubunuzu Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində “Təlim və İnkişaf üzrə Mütəxəssis” qeyd edin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Təlim və ya layihə yönümlü vəzifələrdə təcrübə;
- Operativ və strateji yanaşma qabiliyyəti;
- Planlaşdırma, əlaqələndirmə və detallara diqqət bacarığı;
- Güclü kommunikasiya və komanda əməkdaşlığı bacarıqları;
- “Google Workspace” (“Docs”, “Sheets”, “Forms” və s.) ilə işləmək bacarığı.