Bakı,
Azərbaycan
20.10.2025 05:09
-
20.11.2025 12:00
İş haqqında məlumat
- Mərkəzin layihələndirmə laboratoriyasında həyata keçirilən layihələrin texniki və konstruktor dəstəyini təmin etmək;
- 3D modellərin hazırlanması, prototiplərin dizaynı və istehsal prosesi üzrə tələbə və komandalarla işləmək;
- Layihələrdə istifadə olunan texnoloji avadanlıqların (3D printer, CNC dəzgah və s.) işlək vəziyyətdə saxlanılması və texniki nasazlıqların aradan qaldırılması;
- Tələbələrin texniki bacarıqlarının inkişafı məqsədilə təlimlər, praktiki məşğələlər və mentorluq proqramları təşkil etmək;
- Layihə və startap fəaliyyətlərinin səmərəliliyini artırmaq üçün texnoloji yenilikləri izləmək və tətbiq təklifləri hazırlamaq;
- Universitet tələbələrinin startap və hakaton yarışlarında iştirakını təşviq etmək, bu istiqamətdə maarifləndirici görüşlər və məlumat sessiyaları təşkil etmək, startap layihələrində və yarışlarda iştirakla maraqlanan tələbələrə texniki və metodiki dəstək göstərmək;
- Əldə olunan yarış və proqram məlumatlarının Mərkəzin rəsmi kommunikasiya kanalları vasitəsilə yayılmasını təmin etmək.
Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini qeyd olunan elektron ünvanına göndərə bilərlər.
Tələblər
- Ali texniki təhsil (mühəndislik, mexatronika, informasiya texnologiyaları və ya əlaqəli ixtisas üzrə);
- 3D modelləmə və prototipləmə proqramlarında (SolidWorks, Fusion 360, AutoCAD və s.) bilik və təcrübə;
- CNC və 3D printerlərlə işləmək bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı ( texniki ingilis dili biliyi üstünlükdür);
- Tələbələrlə işləmək, təlim və mentorluq qabiliyyəti;
- Komandada işləmək və layihə idarəetməsi bacarığı;
- Startap ekosisteminə və innovativ layihə prinsiplərinə maraq.