BRPG LLC

Təmir-tikinti işləri üzrə iş icraçısı (incə işlər)

BRPG LLC
1200 - 1500 ₼
545
Tam iş günü
Bakı, Azərbaycan
03.10.2025 11:45 - 03.11.2025 12:00

İş haqqında məlumat

  • Ofis, mənzil və sair obyektlərin təmir-tikinti işlərinin (incə işlər) təşkil olunması və icrasına nəzarət etmək; 
  • Texnoloji ardıcıllığı və iş keyfiyyətinin təmin edilməsini izləmək; 
  • Obyektlərin vaxtında istismara verilməsi və tikinti-təmir işlərinin bütün kəmiyyət və keyfiyyət göstəricilərinin yerinə yetirilməsinə cavabdehlik daşımaq.

İş şəraiti: 

  • İş rejimi: 5 günlük iş həftəsi və layihənin tələb etdiyi qrafik əsasında;
  • Sınaq müddəti: 3 ay;
  • Əmək haqqı: 1200 – 1500 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə görə müəyyən olunur) + ezamiyyə + bonus.

Müraciət Qaydaları: 

Vakansiyaya uyğun olan namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına, mövzu hissəsində “Təmir-tikinti üzrə İş icraçısı” yazaraq müraciət edə bilərlər.

Tələblər

  • Ali təhsil: Sənaye və mülki tikinti ixtisası üzrə;
  • Texniki bacarıqlar: Ms Office (Outlook, Word, Excel) və Autocad proqramlarında sərbəst işləmə qabiliyyəti;
  • Layihə sənədlərini diqqətlə oxumaq, iş prosesində səhvləri vaxtında aşkar etmək və aradan qaldırmaq bacarıği;
  • Qəbul edilmiş tikinti standartlarına və təhlükəsizlik qaydalarına tam riayət etmək, komanda daxilində konstruktiv münasibət qurmaq;
  • Verilən tapşırıqları təyin olunmuş müddət çərçivəsində tam və keyfiyyətli şəkildə başa çatdırmaq, vaxtında hesabatlar təqdim etmək;
  • Əməyin mühafizəsi və təhlükəsizlik: Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını dərindən bilmək və tətbiq etmək.

Təcrübə: 

  • İncə işlərin (boya, kafel-metlax, döşəmə-tavan və s.) icrasına nəzarət təcrübəsi;
  • Layihə və smeta sənədləri ilə işləmə bacarığı;
  • Usta və fəhlələrin işini təşkil etmə və idarəetmə qabiliyyəti;
  • Tikinti materialları və texnologiyalar barədə biliklər;
  • Minimum 3 il iş təcrübəsi.


Oxşar vakansiyalar