hrin.az
Reklam
Aku dünyası MMC

Korporativ Satış Təmsilçisi

Aku dünyası MMC

Əmək haqqı: Razılaşma

55623 oktyabr 2026
Təcrübə3-5 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş18-65
Kompüter bilikləriYaxşı
TəhsilTam orta
Azərbaycan diliYaxşı
Rus diliYaxşı
İngilis diliBaşlanğıc

İş haqqında

B2B/korporativ satış təcrübəsi olan Korporativ Satış Təmsilçisi
İş yeri: Bakı şəhəri.
İş qrafiki: Bazar ertəsi–Şənbə, 09:00–18:00 (Şənbə qısa iş günü)
Son müraciət tarixi: 25 noyabr 2026
Şirkətimiz korporativ satış komandasını gücləndirmək məqsədilə nəticəyönümlü və təcrübəli B2B/korporativ satış təcrübəsi olan Korporativ Satış Təmsilçisi axtarır.
Biz nə təklif edirik? 
-Peşəkar və inkişafyönümlü iş mühiti;
-Sabit əməkhaqqı + nəticələrə əsaslanan bonus sistemi;
-Karyera və peşəkar inkişaf imkanları;
-Dinamik və peşəkar komanda mühiti.
Əməkhaqqı və bonus şərtləri namizədin təcrübə və kompetensiyalarına əsasən müəyyən edilir.

Öhdəliklər;
-Yeni korporativ müştərilərin cəlb edilməsi və mövcud müştəri portfelinin inkişaf etdirilməsi;
-Müştəri ehtiyaclarının təhlili və uyğun məhsul/xidmətlərin təqdim edilməsi;
-Kommersiya təkliflərinin, tender və RFQ/RFP sorğularının hazırlanması;
-Satış və müqavilə danışıqlarının aparılması;
-Lizinq, kredit və sığorta şirkətləri ilə koordinasiyalı iş;
-Satış planlarının və KPI-ların icrası;
-Sifariş və satış sonrası proseslərin izlənilməsi;
-Bazar və rəqib analizlərinin aparılması;
-CRM/1C sistemlərində iş və müntəzəm satış hesabatlarının hazırlanması.

Tələblər:
-Minimum 3 il B2B/korporativ satış təcrübəsi;
-Avtomobil sektorunda, xüsusilə akkumulyator, motor yağı və sürtgü materialları üzrə satış təcrübəsi üstünlükdür;
-Güclü danışıqlar, təqdimat və müştəri münasibətlərinin idarə edilməsi bacarığı;
-MS Excel, PowerPoint, 1C və CRM üzrə iş təcrübəsi;
-Analitik düşüncə, planlama və nəticəyönümlülük;
-Azərbaycan və rus dillərində səlis danışıq və yazılı ünsiyyət. İngilis dili və ali təhsil üstünlükdür;
-Məsuliyyətli, təşəbbüskar və komandada işləmə bacarığı.
Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Reklam