Ram Holding

Tendering Specialist

RAM Holding
Ə/h razılaşma ilə
528
Tam iş günü
Bakı, Azərbaycan
20.08.2025 01:43 - 20.09.2025 12:00

İş haqqında məlumat

  • Tender proseslərinin mövcud qanunvericilik və daxili prosedurlara uyğun şəkildə təşkili və həyata keçirilməsi;
  • Tender elanlarının hazırlanması, dərc edilməsi və iştirakçılardan təkliflərin qəbulunun təmin edilməsi;
  • Tender təkliflərinin texniki və maliyyə baxımından qiymətləndirilməsində iştirak;
  • Tender komissiyası ilə birgə qərarların verilməsində və protokolların hazırlanmasında iştirak;
  • Müqavilələrin şərtlərinin hazırlanmasına dəstək göstərilməsi və satınalma prosesinin sonrakı mərhələlərinin izlənilməsi;
  • Təchizatçılar və podratçılarla effektiv əməkdaşlığın qurulması və saxlanılması;
  • Tender sənədlərinin tamlığı və düzgünlüyünün təmin edilməsi, müvafiq arxivləşdirilmənin aparılması;
  • Elektron tender platformalarında (ASAN Procurement, e-gov və s.) sənədlərin yerləşdirilməsi və idarə olunması;
  • Tenderlə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Qanunvericilikdə və daxili normativ sənədlərdə baş verən dəyişikliklərin izlənməsi və proseslərə tətbiqinin təmin edilməsi;
  • Tender fəaliyyətləri ilə bağlı risklərin müəyyən edilməsi və minimallaşdırılması üçün təkliflərin irəli sürülməsi;
  • Audit və yoxlamalar zamanı tələb olunan sənədlərin təqdim edilməsi və müvafiq izahatların verilməsi.

Müraciət etmək üçün: [email protected]

Tələblər

  • Ali təhsil(hüquq, iqtisadiyyat, idarəetmə və ya əlaqəli sahələr üzrə);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Satınalma və tender prosesləri üzrə hüquqi biliklər;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Elektron satınalma sistemləri ilə işləmək təcrübəsi (e-gov, ASAN Procurement və s.).


Oxşar vakansiyalar