

Termoizoliyasiya işlərində izoləedici
SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə
3255
Tam iş günü
Bakı,
Azərbaycan
17.10.2025 04:41
-
17.11.2025 12:00
İş haqqında məlumat
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qüvvədə olan qanunvericiliyə, istismar qaydalarına və müəssisənin daxili prosedurlarına riayət etmək;
- Termoizolyasiya işlərini yalnız müəssisə rəhbərinin əmri ilə vəzifəyə təyin olunmuş və azad edilmiş şəxslərin yerinə yetirməsi;
- İzolyasiya növləri, istifadə olunan materialların keyfiyyəti, texniki xüsusiyyətləri və tətbiq qaydaları haqqında məlumatlı olmaq;
- Müxtəlif konfiqurasiyalı səthlərin izolyasiyası üçün uyğun material, sinklənmiş metal və ya alüminium örtüklərin tətbiq qaydalarını bilmək;
- Uyğun olmayan hava şəraitində izolyasiya işlərinin aparılmasının qadağan olunduğunu bilmək;
- Metal örtüklərin kəsilməsi üçün ölçüləri yerindəcə götürmək, şəkilləri biçmək və konfiqurasiyaya uyğun metal detallar hazırlamaq;
- Müxtəlif diametrli boru və avadanlıqlara izolyasiya qatını düzgün formada bükmək və bərkitmək;
- Sinkli dəmir və alüminium vərəqlərdən müxtəlif forma və ölçüdə detallar kəsib hazırlamaq və quraşdırmaq;
- Metal örtük tətbiqi zamanı boru və avadanlıqlarda düzgün minmə payını hesablamaq və tətbiq etmək;
- Yanğın və təbii fəlakətlər zamanı verilmiş təlimatlar və təyinatlara əsasən operativ müdaxilə etmək;
- Təcili hallarda və ya zərurət yarandıqda iş vaxtından əlavə və növbəli iş rejimində işləməyə hazır olmaq;
- İş yerlərinin təmiz saxlanılması, təhlükəsizlik qaydalarına riayət olunması və tullantıların idarəedilməsi proseduruna uyğun olaraq ətraf mühitin çirklənməsinin qarşısının alınması.
Tələblər
- Beynəlxalq və yerli standartların, həmçinin zavodun daxili təlimatlarının tələblərinə uyğun olaraq müxtəlif boru kəmərləri və texnoloji avadanlıqların konstruksiyalarının termoizolyasiya işlərini yüksək keyfiyyətlə yerinə yetirmək;
- İş prosesini davamlı şəkildə izləmək, aşkar edilmiş çatışmazlıqları vaxtında aradan qaldırmaq və görüləcək işlər üçün tələb olunan materialların vaxtında və düzgün hazırlanmasını təmin etmək;
- İş zamanı insan sağlamlığının və ətraf mühitin qorunmasını prioritet tutmaq, zavodun əmlakına ciddi şəkildə hörmətlə yanaşmaq, ondan səmərəli və qənaətlə istifadə etmək;
- İş təcrübəsi minimum 3 il olmaqla, termoizolyasiya sahəsində peşəkar bacarıq və biliklərə sahib olmaq.