Bakı,
Azərbaycan
23.10.2025 11:12
-
23.11.2025 12:00
İş haqqında məlumat
Bravo Logistika və Distribusiya Mərkəzindən: Təsərrüfat xidmətləri üzrə köməkçi tələb olunur.
- Ustaların rəhbərliyi altında təmir və tikinti işlərində dəstək göstərmək;
- Anbar təsərrüfatında tələb olunan işləri yerinə yetirmək;
- İş zamanı avadanlıqların və cihazların təhlükəsiz və düzgün şəkildə idarə olunmasını təmin etmək;
- Yüksəklikdə aparılan təmir işlərində iştirak etmək, SƏTƏM üzrə təhlükəsizlik qaydalarına riayət etmək;
- Müəssisənin ümumi abadlıq və təmizlik işlərində iştirak etmək.
İş şərtləri:
- İş qrafiki: 6 günlük iş həftəsi;
- İş vaxtı: 08:00–dan 17:00-kimi;
- İş yeri: Lokbatan dairəsi, Binə t/m ilə üzbəüz, Bravo Mərkəzi Anbarı;
- Nəqliyyat xidməti təmin edilir;
- Nahar təmin edilir.
Əmək haqqı:
- Başlanğıc aylıq əmək haqqı 670 manat GROSS təşkil edir (Müsahibə əsasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunacaq);
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat.
Müraciət üçün:
- Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Təsərrüfat xidmətləri üzrə köməkçi” qeyd edərək qeyd olunan epoçt ünvanına ya da (051) 207-49-73 whatsapp nömrəsinə göndərmələri xahiş olunur.
DİQQƏT:
- Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq;
- Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq;
- Zəng üzərindən müraciətlər qəbul olunmur;
- Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil.
Tələblər
- Təhsil: Orta;
- İş təcrübəsi: Təsərrüfat və texniki xidmət prosesləri haqqında ümumi biliklər;
- Təsərrüfat işlərini planlaşdırmaq və təşkil etmək qabiliyyəti;
- Təmizlik, abadlıq və tikinti alət və avadanlıqları ilə işləmək bacarığı;
- Komanda daxilində işləmək bacarığı;
- Açıq və ya qapalı mühitdə işləmək;
- Bəzi hallarda yüksək temperatur, soyuq və ya tozlu mühitdə işləmə ehtimalı;
- Yüksəklikdə və ya dar məkanlarda işləmək.