Bakı,
Azərbaycan
26/01/2026
-
26/02/2026
İş haqqında məlumat
- Elektrik və elektronika cihazlarının, avadanlıqlarının və sistemlərinin istismarı, texniki baxışı və təmiri işlərini yerinə yetirmək.
- Avadanlıqlarda yaranan nasazlıqları müəyyən etmək, diaqnostika aparmaq və aradan qaldırmaq.
- Elektrik-elektronika sxemlərinə, texniki sənədlərə və təlimatlara uyğun işləmək.
- Profilaktik baxım və planlı texniki xidmət işlərini icra etmək.
- Ölçü, test və nəzarət cihazlarından düzgün və təhlükəsiz istifadə etmək.
- Təmir və texniki xidmət nəticələri üzrə texniki hesabatlar, aktlar və qeydlər aparmaq.
- Avadanlıqların təhlükəsiz istismar qaydalarına və əmək mühafizəsi tələblərinə riayət etmək.
- İstifadə olunan alət və avadanlıqların saz vəziyyətdə saxlanılmasını təmin etmək.
- Rəhbərlik tərəfindən verilən texniki tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
- Zərurət olduqda quraşdırma, sökmə və sazlama işlərində iştirak etmək.
- Texniki nasazlıqlar və risklər barədə rəhbərliyi operativ şəkildə məlumatlandırmaq.
- İşləməyə həvəsli və məsuliyyətli olmaq, intizamlı və diqqətli davranmaq, komandada işləmək bacarığı, öyrənməyə və peşəkar inkişafına açıq olmaq.
Tələblər
- Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
- Yaş həddi: 20–30 yaş;
- Hərbi xidmətlə bağlı məhdudiyyəti olmamalıdır;
(hərbi xidməti keçmiş, möhləti olan və ya hərbi uçotla bağlı problemi olmayan); - Sağlamlıq vəziyyəti vəzifə öhdəliklərini yerinə yetirməyə imkan verməlidir;
- Peşə təhsili-İnformasiya texnologiyaları,Şəbəkə texnologiyaları,Telekommunikasiya və ya əlaqəli ixtisaslar üzrə;
- Sürücülük vəsiqəsi (B kateqoriyası) və avtomobil idarəetmə bacarığı;
- Texniki və normativ sənədlərlə işləmə bacarığı;
- Dil bilikləri:Azərbaycan dili – sərbəst,Türk dili – texniki səviyyədə
Peşəkar bilik və bacarıqlar
- Texniki sənədlərin və təlimatların oxunması;
- Elektrik-elektronika avadanlıqlarının quraşdırılması, sazlanması və təmiri;
- Nasazlıqların ilkin diaqnostikası və aradan qaldırılması;
- Ölçü və test alətləri ilə işləmə bacarıği;
- Texniki hesabat və aktların hazırlanması;
- MS Office proqramları ilə əsas səviyyədə işləmək bacarığı;
- Sahəyə uyğun texniki proqram və alətlərlə işləmə bacarığı.
Şəxsi keyfiyyətlər:
- Məsuliyyətli və intizamlı;
- Komandada işləmə, xidməti intizam və daxili qaydalara riayət etmə bacarığı;
- Sahə və ezamiyyət işlərinə hazırlıq;
- Öyrənməyə və peşəkar inkişafına açıq olmaq
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər və ya [email protected] qeyd olunan mail ünvanına göndərə bilərsiniz.