Tibbi Laboratoriya Cihazları üzrə Biotibbi Texnologiya Mühəndisi
Imago medical systems
Ə/h razılaşma ilə
3413
Tam iş günü
Bakı,
Azərbaycan
30/01/2026
-
13/02/2026
İş haqqında məlumat
Bu rol kimlər üçündür?
Tibbi texnologiyalara həvəsin varsa, qabaqcıl beynəlxalq avadanlıqlarla işləmək, real laboratoriya və klinik mühitdə praktiki təcrübə qazanmaq və peşəkar mühəndislərdən ibarət komandanın bir hissəsi olaraq inkişaf etmək istəyirsənsə, bu rol sənin üçün ideal fürsətdir.
- Tibbi laboratoriya cihazlarının quraşdırılması və texniki ayarlarının verilməsi
- Cihazların texniki baxımlarının həyata keçirilməsi
- Nasazlıqların aradan qaldırılması və ehtiyat hissələrinin dəyişdirilməsi
- Cihazların software və firmware yenilənmələrinin icrası
- Avadanlıqların stabil, təhlükəsiz və fasiləsiz işləməsinin təmin edilməsi
- Ezamiyyətlərə açıq olmaq (regionlar və xaric)
- Texniki və Applikasyon komandası ilə koordinasiyalı işləmək
İş şəraiti:
- Ünvan: Heydər Əliyev prospekti 140, Bakı
- İş qrafiki: Həftə içi 5 gün | 09:00 – 18:00
Biz sənə nə təklif edirik?
- Peşəkar və təcrübəli komanda ilə real layihələrdə iştirak
- Qabaqcıl beynəlxalq tibbi brendlərlə işləmək imkanı
- Xarici və daxili təlimlərdə iştirak və sertifikatlaşma
- Bacarıqlarına uyğun performansa əsaslanan artan əməkhaqqı
- Uzunmüddətli karyera inkişafı və ixtisaslaşma perspektivi
- Dəstəkləyici, dinamik və öyrədici iş mühiti
Tələblər
- Biotibbi texnologiya mühəndisliyi və ya yaxın sahə üzrə ali təhsil
- İngilis dili – C1 səviyyəsində (mütləqdir)
- Texniki düşüncə, analitik yanaşma və problem həll etmə bacarığı
- Öyrənməyə açıq, məsuliyyətli və nəticəyönümlü yanaşma
- Ezamiyyətlərə açıq olmaq (regionlar və xaric)
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.