Bakı,
Azərbaycan
19/02/2026
-
05/03/2026
İş haqqında məlumat
- Təhkim olunduğu obyektlər üzrə texniki nəzarətin həyata keçirilməsi;
- Hər ay yerinə yetirilmiş iş həcmlərinin yerində yoxlanılması (Forma 2, Forma 3, xərc analizi);
- Görülmüş işlər üzrə hesabatların aparılması və texniki sənədləşmənin tərtib edilməsi;
- Nəzarət nəticələri üzrə qeydlərin aparılması;
- Aşkarlanmış uyğunsuzluqlar barədə hesabatların hazırlanması;
- Layihələrin icrası zamanı yaranan çətinlik və gecikmələrin (keyfiyyətin aşağı düşməsi və s.) səbəblərinin, həmçinin obyektlərin istismarı ilə bağlı məlumatların təhlili;
- Başa çatmış tikinti-montaj işlərinin qeydiyyatının aparılması;
- Ümumi tikinti planının icrası ilə bağlı hesabat üçün zəruri məlumatların hazırlanması;
- Aşkarlanmış nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsi;
- Tikinti obyektlərinin qəbul və istismara verilməsi prosesində komissiya tərkibində iştirak.
Təminatlar:
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən təyin olunur;
- İş qrafiki: 5/2, 09:00–18:00;
- İş yerinə Koroğlu metrostansiyası-ndan nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Endirimli tibbi xidmət.
Tələblər
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- Müvafiq ixtisas üzrə ali təhsil;
- Kompüter bilikləri: MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD;
- Dil bilikləri: Rus dili və İngilis dili;
- Tikinti norma və standartlarını (SNİP, GOST, ISO və s.) yaxşı bilməli;
- Layihə-smeta sənədlərini oxumaq və təhlil etmək bacarığı;
- Dəqiqlik, məsuliyyətlilik və operativ qərarvermə bacarığı;
- Analitik düşünmə və yüksək məsuliyyətlilik;
- Konfidensiallığın qorunması;
- İşgüzar ünsiyyət və komandada işləmə bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.