İC

Sahə mühəndisi

İDG Construction MMC
Ə/h razılaşma ilə
489
Tam iş günü
Quba, Azərbaycan
27/02/2026 - 13/03/2026

İş haqqında məlumat

  • Məsul olduğu sahə üzrə tikinti, quraşdırma işlərini layihəyə uyğun, inşaat norma və qadağalarına riayət etmək şərti ilə vaxtında və keyfiyyətlə bitirmək;
  • Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
  • Tikinti sahəsində ardıcıllığı qorumaqla işlərin təşkilini edir və material sərfiyyatında normativdən kənarlaşmamasına nəzarət etmək;
  • Təyin edilmiş obyektdə (ərazidə) tikinti – quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə istehsalat planınına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək;
  • Tikinti işlərin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
  • Obyektdə işləyən işçi briqadaları və onların tərkibinə daxil olmayan dəstə və ayrı-ayrı işçiləri təyin etmək, onların istehsalat tapşırıqlarını müəyyənləşdirmək və onlara iş təlimatını keçmək;

İş şəraiti:

  • İş yeri: Quba rayonu
  • Qidalanma və gecələmə şirkət tərəfindən təmin olunur.
  • 5 günlük iş qrafiki;
  • İş saatları:  09:00 – 18:00, (13:00 – 14:00 nahar fasiləsi)
  • İstirahət günləri: Şənbə, Bazar
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Tələblər

  • İnşaat mühəndisliyi sahəsində Ali təhsil;
  • Tikinti işlərinin aparılması qaydalarını, həmçinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilmək.
  • Azərbaycan dili mükəmməl, rus, ingilis dili arzuolunandır;
  • Müvafiq sahə üzrə minimum 3 illik iş təcrübəsi;
  • Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında işləmək bacarığı;
  • Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
  • Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;