
5728 noyabr 2026
Təcrübə1 ilə qədər
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş20-35
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYaxşı
İngilis diliOrta
Təcrübə1 ilə qədər
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş20-35
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYaxşı
İngilis diliOrta
İş haqqında
İş haqqında
Məişət texnikasının təmiri şöbəsinə sifarişlərin koordinasiyası, statusların idarə olunması, ehtiyat hissələrinin kodlaşdırılması və təmir prosesinə başlanğıcdan müştəriyə təhvil verilənədək nəzarət edəcək Texniki Operator axtarırıq.
Qeyd: Müştəri məlumatlarının ilkin qeydiyyatı ayrı əməkdaş tərəfindən aparılır; texniki operator işlərin icra mərhələsini və sistem qeydlərini idarə edir.
Əsas vəzifə öhdəlikləri
- Sistemə daxil edilmiş təmir işlərinin müvafiq texniklərə ötürülməsi və icrasının izlənilməsi.
- Texniklərdən daxil olan nəticələrə uyğun sistemdə statusların yenilənməsi (məsələn: təmir tamamlandı / hazır, ehtiyat hissə gözləmə rejimində və s.).
- Ustaların tələb etdiyi ehtiyat hissələri üzrə istehsalçıların rəsmi saytlarından/kataloqlarından detal kodlarının müəyyən edilməsi, dəqiqləşdirilməsi, sistemdə qeydiyyata alınması və ustalara yönləndirilməsi.
- Sifariş verilmiş ehtiyat hissələrinin gəlməsi barədə texniklərə operativ məlumat verilməsi.
- Hər bir iş əmrinə başlanğıcdan iş bağlanıb müştəriyə təhvil verilənədək nəzarət edilməsi və prosesin gecikmədən yekunlaşdırılmasının təmin olunması.
İş şəraiti
- İş rejimi: 6 günlük
- İş saatı: 09:00 – 17:00, 10:00 – 18:00
- Şənbə günü qısa iş günü
- İstirahət: bazar günü
- Əmək haqqı: 600 – 700 AZN
- Ünvan: Bakı şəhəri, Tbilisi prospekti (Karvan Şadlıq Sarayının arxası)
- Ünvan: Bakı, Xətai rayonu, M.Hadi küçəsi 41Y, Əhmədli metro stansiyasının çıxışı yaxınlığında
Tələblər
- Rus dili biliyi — mütləqdir (sərbəst ünsiyyət və yazışma bacarığı).
- İngilis dili biliyi — arzuolunandır (istehsalçı saytları və texniki sənədlərlə işləmək üçün üstünlükdür).
- Microsoft Office proqramlarından (xüsusilə Excel və Word) inamlı istifadə bacarığı.
- Servis mərkəzi, məişət texnikasının təmiri, ehtiyat hissələri uçotu və ya texniki koordinasiya sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük verilir.
- Yüksək diqqət, dəqiqlik, məsuliyyətlilik və çoxtapşırıqlı mühitdə işləmə bacarığı.
- Yaş həddi: 20–35 yaş
- Cinsiyyət: fərq etməz
- Təhsil: ilk peşə ixtisası — bakalavr
