Bakı,
Azərbaycan
16/12/2025
-
23/12/2025
İş haqqında məlumat
- Həkim-kosmetoloq tərəfindən təyin olunan profilaktik və müalicəvi tədbirlərini həyata keçirir.
- Kosmetik prosedurların icrasını təmin edir.
- Avadanlıqları işə hazırlayır, onların sazlığına və düzgün istismarına, vaxtında təmirinə və silinməsinə nəzarət edir.
- Pasiyentləri prosedurlara hazırlayır, prosedur zamanı onların vəziyyətinə nəzarət edir.
- Pasiyentlərin və tibbi heyətin infeksiyadan qorunmasını təmin edir, tibbi reabilitasiya şöbəsində infeksion nəzarət tələblərinə əməl edir.
- Tibbi sənədləri aparır.
- Prosedurlar zamanı kabinetdə aseptika və antiseptika qaydalarına ciddi şəkildə əməl olunmasını təmin edir.
- Alət və materialları qüvvədə olan təlimatlara uyğun sterilizasiya edir.
- Alət, avadanlıq, dərman və materiallara dair tələbatı vaxtında tərtib edir və müəyyən olunmuş qaydada onların təminatını həyata keçirir.
- Prosedur kabinetinin sanitariya-gigiyena vəziyyətini təmin edir.
İş Şəraiti:
- İş qrafiki: Həftənin 2, 3, 5 cü günləri saat 09:00 – dan 20:00 – dək digər günlər istirahət günləridir.
- Əmək haqqı: 500 azn (net)
Tələblər
- Tibb bacısı ixtisası üzrə orta ixtisas təhsili (dövlət və ya özəl tibb kollecinin diplomu).
- Damar daxili inyeksiyalar (sistem qoşulması və iynə vurulması) üzrə praktik bacarıqlara sahib olmaq
Ən azı 6 ay işlədiyi sahədə təcrübə. - Kompyuter bacarıqları üstünlükdür.
- Azərbaycan dili səlist, rus dili – yaxşı
- Pasiyentlərlə etik davranış, gülərüz və məsuliyyətli yanaşma
- Komanda ilə işləmə bacarığı,
- İşini dəqiqliklə, diqqətlə və məsuliyyətlə yerinə yetirmək.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV- zi mövzu hissəsində "Tibb bacısı" qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.