hrin.az
Reklam

Tibbi nümayəndə

EVA Pharma

Əmək haqqı: 800-1700 ₼

11625 noyabr 2026
TəcrübəYoxdur
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYoxdur
TəhsilKollec/Texnikum
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Vakansiya: Tibbi nümayəndə

İş yeri: Bakı şəhəri
Əməkhaqqı: 800–1700 AZN
İş qrafiki: 5 günlük iş rejimi

Şirkətimiz məhsullarının tanıtımı və satış fəaliyyətinin genişləndirilməsi məqsədilə ünsiyyət bacarığı yüksək, məsuliyyətli və təşəbbüskar Tibbi nümayəndə axtarır.

Əsas vəzifə və öhdəliklər

  • Şirkətin məhsullarının tibb müəssisələrində və apteklərdə tanıdılması və təqdim edilməsi;

  • Həkimlər, əczaçılar və digər tibb işçiləri ilə peşəkar əməkdaşlıq münasibətlərinin qurulması;

  • Məhsullar haqqında ətraflı məlumatın təqdim edilməsi;

  • Həftəlik və aylıq fəaliyyət hesabatlarının hazırlanması;

  • Satış dinamikasının izlənilməsi və təhlil edilməsi;

  • Müəyyən edilmiş tapşırıqların və fəaliyyət planlarının vaxtında icrası.

Namizədə dair tələblər

  • Ali təhsil və ya orta ixtisas tibb təhsili;

  • Səlis və aydın nitq, effektiv ünsiyyət və təqdimat bacarığı;

  • Səliqəli və rəsmi işgüzar geyim tərzinə üstünlük verilməsi;

  • Dürüstlük, məsuliyyətlilik və intizamlılıq;

  • Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı;

  • Dinamik iş rejiminə uyğunlaşmaq və kollektivdə işləmək bacarığı.

Şirkət tərəfindən təklif olunur

  • İş təcrübəsi olmayan namizədlər üçün ümumi tibb və marketinq istiqamətləri üzrə ödənişsiz təlimlərin keçirilməsi;

  • Müsabiqədən uğurla keçən və sınaq müddətini müsbət nəticə ilə tamamlayan namizədlərlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun elektron əmək müqaviləsinin rəsmiləşdirilməsi;

  • Stabil əməkhaqqı və iş nəticələrinə əsaslanan əlavə mükafatlar;

  • 5 günlük iş rejimi;

  • Peşəkar bilik və bacarıqların inkişafı üçün imkanlar.

Əməkhaqqı: 800–1700 AZN (sabit əməkhaqqı və nəticələrə əsaslanan mükafatlandırma sistemi çərçivəsində).

Reklam