Veysəloğlu Şirkətlər Qrupu

Ticari marketinq üzrə mütəxəssis

Veysəloğlu Şirkətlər Qrupu
Ə/h razılaşma ilə
2979
Tam iş günü
Bakı, Azərbaycan
24.10.2025 12:11 - 24.11.2025 12:00

İş haqqında məlumat

Ticarət Marketinq Mütəxəssisi distribüsiya, sərgilənmə, aktivliklər və qiymət faktorları ilə brend strategiyasına uyğun marketinq strategiyasının hazırlanmasına cavabdehdir. Ticari marketoloq qiymət dəyişikliklərini, monitorinq vəziyyətini, rəqib hərəkətlərini və satış məlumatlarını təhlil etməli, gündəlik olaraq satış komandasını istiqamətləndirməlidir.

  • Ticari Marketinq Strategiyalarının həyata keçirilməsində, o cümlədən kampaniyalar, tanıtımın izlənilməsi, displeylər, mağazadaxili brendinq və digər əlaqəli funksiyalarda iştirak etmək;
  • Ərazi ziyarətləri – POS üzrə rəqiblərin fəaliyyətinin, qiymət strategiyasının, promosyonların və stok səviyyəsinin monitorinqi;
  • Stokların hərəkətinə nəzarət etmək, yavaş hərəkət edən və ya müddəti bitən məhsullar üzrə ticari planlama hazırlayıb satış komandasına təklif etmək;
  • KA və ənənəvi ticarət kanalı müştəriləri üçün brend menecerlərlə koordinasiya qurmaq və kateqoriyanı idarə etmək;
  • BTL fəaliyyətlərinin həyata keçirilməsi (promouterlərin iş fəaliyyətinə nəzarət, hədəflərin təyin edilməsi, dadım aksiyaları, tanıtım tipli hədiyyəli aktivliklərin planlanması və icrasına nəzarət);
  • Ticari və istehlakçı təkliflərinin proqnozlaşdırılması və tələbin planlaşdırma komandasına ötürülməsi;
  • Ticari aktivliklər üzrə satış hədəflərinə nail olmaq üçün satış meneceri ilə mütəmadi əlaqə saxlamaq.

İş barədə məlumat:

  • Funksiya: Qeyri-qida Kateqoriyası üzrə İdarəedici Direktorluq/Ticari Marketinq Bölməsi;
  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək .

Təminatlar:

  • Servis xidməti;
  • Nahar təminatı.

Müraciət qaydaları:
Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu bölməsində “Ticari Marketinq üzrə Mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına və ya karyera.veyseloglu.az saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Tələblər

  • Ali təhsil: İqtisadiyyat, Biznesin İdarəedilməsi, Menecment, Marketinq və əlaqəli sahələr;
  • Minimum 1 il trade marketing, brand marketing və ya sales təcrübəsi, üstünlük təşkil edir FMCG, pərakəndə və ya distribusiya sektorunda işləmə təcrübəsi;
  • MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə bilik; SAP və CRM sistemləri ilə işləmək bacarığı üstünlükdür;
  • İngilis dili yaxşı səviyyədə, rus dili bilmək üstünlükdür;
  • Çoxsaylı layihələri paralel şəkildə idarə etmək və tərəfdaşlarla səmərəli əməkdaşlıq münasibətləri qurmaq bacarığı;
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunur.


Oxşar vakansiyalar