AZFEN MMC

Tikinti mühəndisliyinə rəhbər (metal konstruksiya üzrə)

AZFEN MMC
Ə/h razılaşma ilə
294
Tam iş günü
Bakı, Azərbaycan
22.08.2025 04:34 - 22.09.2025 12:00

İş haqqında məlumat

  • Sahə və dəniz (offshore) obyektləri üçün detallı dizayn və analizlərin hazırlanmasında struktur mühəndislik komandasına rəhbərlik etmək;
  • Struktur çertyojları, dizayn hesabatları və hesablamaları nəzərdən keçirmək və təsdiqləmək, onların müştəri spesifikasiyalarına və tətbiq olunan standartlara uyğunluğunu təmin etmək;
  • Hull (gəmi gövdəsi) və topside modulların inteqrasiyası, hidrodinamik yüklər, üzmə qabiliyyəti (buoyancy) və stabiliklik kimi sahələrdə gəmi memarlığı biliklərini tətbiq etmək;
  • Gəmi memarları, boru sistemləri, mexaniki və layihə komandaları ilə sıx koordinasiya quraraq inteqrə olunmuş dizaynın təmin olunmasına nəzarət etmək;
  • İnkişaf etmiş proqram təminatları və sənaye üzrə ən yaxşı təcrübələrdən istifadə edərək struktur analizlərini həyata keçirmək və nəzarət etmək;
  • Bütün struktur sənədlərinin texniki cəhətdən düzgün, vaxtında və layihə tələblərinə uyğun şəkildə təqdim olunmasını təmin etmək;
  • Gənc struktur mühəndislərinə mentorluq və texniki dəstək göstərmək, həm struktur, həm də dəniz mühəndisliyi sahəsində biliklərinin inkişafına kömək etmək.

İş şəraiti:

  • İş yeri: Bayıl;
  • İmkanlar: Nahar və servis təmin olunur;
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.

İş qrafiki:

  • Həftə içi: 07:15 – 17:00;
  • Şənbə: 07:15 – 15:30.

Əlaqə:

Tələblər

  • Struktur və ya Mülki mühəndislik üzrə bakalavr dərəcəsi;
  • Gəmiqayırma memarlığı (Naval Architecture) üzrə əlavə ixtisas və ya kurslar olan namizədlərə üstünlük verilir;
  • Neft və Qaz, dəniz və ya offshore layihələrində struktur mühəndislik komandalarında rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi;
  • AISC, API RP 2A/2SIM, ISO 19901 seriyası, DNV, ABS və Eurocode kimi beynəlxalq standartlar və normalarla tanışlıq;
  • Yükləmə (load-out), daşınma, hərəkət reaksiyası (motion response), dənizdə bitki artımı (marine growth) kimi gəmi memarlığı prinsiplərini yaxşı başa düşmək;
  • STAAD.Pro, SACS, ANSYS, SESAM və ya digər struktur dizayn proqramlarında yüksək bacarıq;
  • İngilis dilində yazılı və şifahi şəkildə sərbəst ünsiyyət qurmaq bacarığı;
  • Komanda idarəetməsi, effektiv ünsiyyət və koordinasiya sahəsində yüksək bacarıqlar;
  • Offshore platformalar, FPSO-lar, jacket-lər və topside modullar üzrə əvvəlki iş təcrübəsi üstünlükdür.


Oxşar vakansiyalar