Real-İnşaat MMC

Mühəndis

Real-İnşaat MMC
Ə/h razılaşma ilə
2712
Tam iş günü
Bakı, Azərbaycan
01.08.2025 05:11 - 01.09.2025 12:00

İş haqqında məlumat

  • Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi;
  • Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
  • Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişat monitorinqinin aparılması;
  • Verilmiş müddət ərzində görülməli işlərin bölgüsünü aparmaq;
  • Forma 2, Forma 3 hazırlanması;
  • İş həcmlərinin çıxarılması və sifarişlərin yazılması;
  • Texniki hesabatların hazırlanması, gizli aktların yazılması;
  • Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət etmək;
  • Tikinti proqramlarını və təqvim qrafikini tərtib edilməsi;
  • Tələb olunan hesabatların hazırlanması (vəzifələr sənədi, layihə məlumatları, layihəyə nəzarət, layihə
  • resursları, layihə planı);
  • Materiallar, konstruksiyalar üzrə məlumatların qəbul olunmasını təşkil edir, onların anbarda yerləşdirilməsini, qeydə alınması və düzğün sənədləşmə işlərinə nəzarət edir.
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin həyata keçirilməsinə nəzarət edir;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək;
  • İş rejimi: 5 günlük;
  • Cv-nizi [email protected] elektron ünvanına göndərin.
     

Tələblər

  • Yaş: 30- 50 yaş;
  • Tikinti sahəsi üzrə ali təhsil;
  • Ezamiyyətlərə hazır olmalı;
  • Tikinti təşkilatlarında mühəndis-texniki vəzifələrdə ən azı 5 il təcrübə;
  • Sahədə daxili tamamlama təmir işləri üzrə iş təcrübəsi olmalıdı;
  • Punktual və məsuliyyətli olması;
  • Stressə davamlı olmalı;
  • Komanda ilə işləmək bacarığı;
  • Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərarlarını, sərəncamlarını, əmrlərini, digər rəhbəredici və normativ sənədləri bilməlidir;
  • Bina və qurğuları konstruktiv və planlı həllinin işlənməsi məsələlərini bilməlidir;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməlidir;
  • Komputer bilikləri: Autocad, Microsoft Office; Outlook; (Archcad, 3DMAX üstünlükdür).


Oxşar vakansiyalar