

Bu vakansiyaya müraciət müddəti bitib
Müraciət qəbulu 16 noyabr 2025 tarixində dayandırılıb. Oxşar aktiv vakansiyalara aşağıda baxa bilərsən.
İş haqqında
Əgər xəritələrə baxanda həyəcanlanır, tur paketlərini incələyəndə özünü müştəri kimi hiss edirsənsə və insanlara unudulmaz səyahət təcrübələri yaşatmağı sevirsənsə – biz səni axtarırıq!
Pickvisa komandası sənin kimi enerjili, satış bacarığı yüksək və turizmdə ustalaşmaq istəyən Tur Meneceri axtarır.
Səni nə gözləyir?
- Həftə içi 09:00 - 18:00 iş qrafiki (həftəsonu sənin istirahətindir);
- Müştərilərə viza, bilet, otel və tur paketləri təqdim etmək – hər birini özün üçün sifariş verirmiş kimi;
- Müştərilərlə sıx əlaqə quraraq, onların arzularını gerçəyə çevirmək;
- Yüksək satış hədəflərinə çataraq həm qazancını, həm də təcrübəni artırmaq;
- Satış proseslərini izləmək, analiz etmək və rəhbərliyə hesabat təqdim etmək.
Bəs qarşılığında nə əldə edəcəksən?
- Əmək haqqı: 700 AZN + satışdan bonus;
- Nə qədər yaxşı nəticə göstərsən, qazancın da bir o qədər artacaq;
- Dəstək olan, mehriban və dinamik bir komanda.
Əgər sən də səyahət dünyasında iz qoymaq və müştərilərə unudulmaz təcrübələr yaşatmaq istəyirsənsə, fürsəti qaçırma!
Müraciət üçün: CV-ni "Tur Meneceri" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər.
Tələblər:- Amadeus proqramında bilet yazmağı bacarırsan? Sən bizə lazımsan!
- Gecə-gündüz fərqi olmadan təcili bilet sorğularını operativ həll edə biləcək qədər çevik olmalısan;
- Bilet, otel və tur satışı sahəsində təcrübən varsa, mütləq müraciət et;
- Viza prosedurlarına dair biliklərin varsa, bu sənin üçün üstünlükdür;
- Azərbaycan və Rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığın olmalıdır, İngilis dili isə əlavə avantajdır;
- Nəticəyə fokuslanan, məsuliyyətli və operativ iş yanaşması.
