Bakı,
Azərbaycan
26/12/2025
-
09/01/2026
İş haqqında məlumat
- Vergilər ilə bağlı gündəlik tapşırıqların yerinə yetirilməsi (Onlayn Kargüzarlığın, məktubların, Kameral məktubların yoxlanılması və Vergilər Nazirliyinə cavablandırılması)
- Vəzifə öhdəliklərini yerinə yetirmək üçün mühasibatlıq şöbəsi və digər şöbələrlə müntəzəm əlaqənin təşkili
- Yeni layihələr üçün Obyekt Kodlarının əldə edilməsi (Pərakəndə satışın genişləndirilməsi komandasından sənədlərin yoxlanılması, çatışmayan sənədlər və səhvlər barədə məlumat verilməsi)
- Aylıq ƏDV hesabatının təqdim edilməsi üçün hazırlanması (ƏDV depozit hesabının təhlili)
- Qeyri-rezidentin ƏDV-si, Satış zamanı ödənilməli ƏDV, debitor borclarının hesablanması üçün mühasibat sistemindən məlumatların çıxarılması
- Alınmış bütün vergi hesab-fakturaları ilə ödənişlərin tutuşdurulması
- Aylıq əmlak vergisinin hesablanması və müxabirləşmələr uçot sisteminə daxil edilməsi
- Statistika Komitəsinə aylıq hesabatların təqdim edilməsi (Satış, İnvestisiya, Xidmət)
- Mənfəət və Əmlak vergisi hesabatları, illik satışlar və İT avadanlıqları haqqında hər il Statistika Komitəsinə hesabatların təqdim edilməsi
- Marketlərin yerləşdiyi əraziyə görə rüblük İnvestisiya hesabatının Statistika Komitəsinə təqdim edilməsi
- Ödəmə mənbəyindən tutulan vergi hesabatının hesablanması və Vergilər Nazirliyinə təqdim edilməsi (icarə, xidmət, nəqliyyat, lisenziya ilə bağlı ödənişlərin mühasibat sistemindən çıxarılması), səhv ödənişlərin və hesablamaların təhlili
- Debitor və kreditor borcları haqqında ətraflı məlumatın Vergilər Nazirliyinə təqdim edilməsi
- Hər bir təchizatçı üçün bərpa prosesi üçün məlumatların toplanması (vergi hesab-fakturaları, ödənişlər).
- ERP system üzərindən aylıq olaraq məhsul bazında vat kodların yoxlanılması və hər hansı yanlış məlumat və ya dəyişiklik tələb olunarsa bunla bağlı ERP komandasına aylıq olaraq məlumatlandırmaq.
Tələblər
- Mühasibat uçotu, maliyyə və ya digər müvafiq ixtisas üzrə bakalavr dərəcəsi
- Vergi Məcəlləsi üzrə biliklər
- Müvafiq vəzifədə ən azı 3 il iş təcrübəsi
- Orta səviyyədə İngilis dili
- Mühasibat proqramları və tətbiqləri ilə tanış olmaq
- ACCA və PMS sertifikatlarına üstünlük verilir
- Microsoft Office proqramlarından (xüsusilə Excel cədvəlləri, düsturlar, diaqramlardan) mükəmməl istifadə etmə bacarıqları
- Araşdırma və analitik bacarıqları
- Ünsiyyət bacarıqları
- Məsuliyyətlilik
- Daimi son tarixlərə cavab vermək bacarığı
- Fərqli vəzifələrdə çalışan işçilərlə həm müstəqil, həm də birgə şəkildə çalışmaq bacarığıAnalitik bacarıqlar
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.