Baku Holiday Travel

VIP Müştərilər üzrə Menecer (Turizm sektoru)

Baku Holiday Travel
2000 ₼
1093
Tam iş günü
Bakı, Azərbaycan
30.07.2025 12:49 - 30.08.2025 12:00

İş haqqında məlumat

  • Şirkətin VIP müştərilərinə fərdi yanaşma əsasında yüksək səviyyəli turizm xidmətlərinin təşkili;
  • VIP müştərilər üçün fərdi turlar, istirahət paketləri və xüsusi səyahət proqramlarının hazırlanması;
  • Müştərilərin istək və ehtiyaclarını analiz edərək uyğun təkliflərin verilməsi;
  • Mövcud VIP müştəri bazasının idarə olunması və yeni müştərilərin cəlb edilməsi;
  • Yüksək səviyyədə müştəri məmnuniyyətinin təmin olunması və loyallığın artırılması;
  • Beynəlxalq otellər, aviaşirkətlər və xidmət tərəfdaşları ilə əlaqələrin qurulması və inkişaf etdirilməsi;
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

Təklif edirik:

  • Rəqabətli əməkhaqqı və bonus sistemi;
  • Özünü inkişaf etdirmək üçün təlim və seminarlar;
  • Prestijli müştərilərlə işləmək imkanı;
  • Karyera yüksəlişi üçün imkanlar;
  • İş günləri: Həftənin 5 iş günü;
  • İş vaxtı: 10:00-dan 19:00-dək ;
  • Əməkhaqqı: 2000 AZN .

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “VIP Müştərilər üzrə Menecer” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Turizm sahəsində minimum 1 il iş təcrübəsi (VIP müştərilərlə iş təcrübəsi üstünlükdür);
  • Azərbaycan , rus dili , ingilis dillərində səlis danışıq ;
  • Xoş görünüşlü, yüksək ünsiyyət və təqdimat bacarığı;
  • Komandada və fərdi şəkildə işləmək bacarığı;
  • Müştəri yönümlü yanaşma və yüksək xidmət mədəniyyəti;
  • Operativ və məsuliyyətli iş prinsipi;
  • Turizm sistemləri (Amadeus, Galileo, Sabre və s.) ilə işləmə bacarığı üstünlükdür.


Oxşar vakansiyalar