Bakı,
Azərbaycan
27/11/2025
-
27/12/2025
İş haqqında məlumat
- Satınalma prosesinin vaxtında, satınalma planına və qanunvericiliyə uyğun olaraq icra edilməsi,
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Bazarın təhlili, tələb olunan materialların başda Çin bazarı olmaqla (xarici bazarda) və daxili bazarda araşdırılması, texniki məlumat və müqayisəli şəkildə qiymət araşdırılmasının aparılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və tələb olunan standartlara uyğunluğunun yoxlanılması və qeydiyyatının aparılması;
- Tədarükçülərlə müqavilələrin bağlanması;
- Ödəniş sorğuları və ödənişlərə nəzarətin həyata keçirilməsi;
- Təchizatçılarla göndəriş vaxtının razılaşdırılması,məhsulların çatdırılma müddətinin düzgün kordinasiyası;
- Logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
- Malların gətirilməsi və anbara təhvil verilməsi üçün tələb olunan bütün işlərin görülməsi;
- Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması;
İş rejimi:
- Həftə içi 5 gün Saat 08:00-dan -17:00-dək (şənbə günü saat 13:00-a qədər növbəli);
- İş yeri – Azure Business Center (Xətai Metro St yaxınlığı);
- Nəzərdə tutulan maaş 800-1300 Azn.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına və ya "CV göndər📤" düyməsindən istifadə edərək Subject/Mövzu hissəsində “Satınalma və təchizat üzrə mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur
Tələblər
- Təhsil : Ali;
- İş təcrübəsi : 2 ildən 5 ilə qədər;
- Yaş : 25 - 40 ;
- Ali təhsilli (texniki ali təhsilli olan namizədlərə üstünlük verilir);
- Azərbaycan dili- səlis;
- Rus dili və ingilis dili- advance;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı;
- Sənaye və inşaat materialları (dəmir, avadanlıq və qurğu ehtiyyat hissələri və inşaat materialları haqqında təcrübəyə sahib olanlara üstünlük veriləcəkdir);
- Çalışqan, işgüzar ünsiyyət bacarığı, problemləri həll etmə və məsuliyyət götürmə bacarığı;
- İntizamlı və uzun müddətli kariyera axtırşında olanlar daha müsbət qiymətləndiriləcək.