Bakı,
Azərbaycan
04/02/2026
-
18/02/2026
İş haqqında məlumat
- Xarici təchizatçılarla yazışmaların aparılması.
- Sifarişlərin hazırlanması, göndərilməsi və icrasına nəzarət.
- Bazar araşdırması və qiymət müqayisələrinin aparılması.
- Logistika və gömrük sənədləri ilə bağlı proseslərə dəstək.
- Satınalma sifarişlərinin hazırlanması və icrasının təmin edilməsi.
- Təchizatçılarla ilkin danışıqların aparılması, kommersiya təkliflərinin toplanması.
- Müqavilə və digər satınalma sənədlərinin hazırlanmasına dəstək.
- Təchizatçı performansının izlənməsi və qiymətləndirilməsinə dəstək.
- Şirkətin satınalma siyasətinə və prosedurlarına uyğunluğun təmin olunması.
- Yeni təchizatçıların axtarılması və təhlili.
- Satınalmalar üzrə hesabatların hazırlanması və müvafiq sistemlərdə qeydiyyatın aparılması.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Tam ştat, bazar ertəsi-cümə, saat 09:00–18:00. Şənbə günü qısa iş günü, 09:00–13:00
Təklif olunur:
- İş prosesində xarici satınalma mütəxəssisi tərəfindən kurasiya, inkişaf və təlimlər.
- Fiks əməkhaqqı + KPI əsaslı bonus sistemi.
- Yüksələn karyera perspektivi.
- Rəsmi əmək müqaviləsi (AR Əmək Məcəlləsinə uyğun).
- 1-2 ay ödənişli sınaq müddəti.
- Əmək haqqı: Minimum 600 AZN – maksimum 1000 AZN
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Menecment və ya əlaqəli sahə üzrə üstünlük).
- Satınalma və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi.
- MS Office proqramlarında sərbəst işləmək bacarığı (xüsusilə Excel).
- İngilis dili bilikləri B1/B2 (intermediate, upper- intermediate) mütləqdir. Rus dili bilikləri arzuolunandır.
- Yüksək ünsiyyət, analitik düşünmə və detallara diqqət.
- Gərgin və dinamik iş şəraitində effektiv işləmə bacarığı.
- Komandada işləmək bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.