Modern Construction Group

Xərclər üzrə mütəxəssis/Menecer (tikinti üzrə)

Modern Construction Group
Ə/h razılaşma ilə
1295
Tam iş günü
Bakı, Azərbaycan
09/12/2025 - 16/12/2025

İş haqqında məlumat

  • Təhkim olunduğu layihələrdə layihə xərclərinin planlaşdırılmasını və plana uyğun icrasına nəzarəti təmin etmək;
  • Təhkim olunduğu layihələrdə layihə xərclərinin optimallaşdırma həllərinin və hesablama üsullarının tətbiq olunmasını təmin etmək;
  • Öncədən icra olunmuş layihələrdə əldə olunmuş təcrübənin gələcəkdə daha səmərəli tətbiq olunmasını təmin etmək;
  • Layihə xərcləri daim nəzarətdə saxlamaq, kənarlaşmaları aradan qaldırmaq üçün önləyici tədbirlər görülməsi, təkliflər verilməsi və hesabat verilməsi;
  • Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin ölçülməsi və təhlili;
  • Podratçıların təqdim etdiyi əlavə işlər üzrə ehtimal qiymətlərin yoxlanılması və təhlili;
  • İddiaların təhlili, əsas səbəblərinin araşdırılması və hesabatların təqdim edilməsi;
  • İlkin, aralıq və yekun ödəniş sənədlərinin, BoQ-ların, dəyişiklik proseduru sənədlərinin, proqres hesabatlarının tərtibatı;
  • Podratçılar tərəfindən hazırlanmış xərclərlə bağlı hesabatlarının yoxlanılması;
  • Hesab-fakturaların və digər ödəniş sənədlərinin müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması;
  • Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrası;
  • Podratçılar tərəfindən təqdim edilmiş maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Tələblər

  • Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
  • Azərbaycan dili – səlis, İngilis dili və ya Rus dili– orta (şifahi və yazılı);
  • Kompyuter bacarıqları - MS Office proqramları, AutoCAD;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Xərclər üzrə mütəxəssis” qeyd etməklə şəkilli CV-nizi (əks halda belə müraciətlərə baxılmayacaq) "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.


Oxşar vakansiyalar