Superfon

Aparıcı mühasib

Ə/h razılaşma ilə
855
Tam iş günü
Bakı, Azərbaycan
06.05.25 - 06.06.25

İş haqqında məlumat

  • Müəssisədə həyata keçirilən əməliyyatların Azərbaycan Respublikasının mövcud Əmək, Vergi və digər qanunvericiklərə uyğun təşkil olunmasına nəzarət etmək;
  • Əməliyyatların mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
  • Mal hərəkətinin uçotu və inventarizasiyası, kassa qalığı və ƏDV depozit hesabının qalıqlarının nəzarətdə saxlanılması və mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
  • Əmək haqqı, ezam və son haqq hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
  • ƏDV, Əmlak, ÖMV, Mənfəət, Aksiz, və  Vahid bəyannamələrinin və Statistika hesabatların hazırlanması, aidiyyatı orqanlara göndərilməsi
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə cari vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
  • Müəssisənin vergi öhdəliklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;
  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin mühasibat əməliyyatlarının fasiləsiz uçotunun təşkil edilməsi;
  • Dövlət büdcəsinə ödənişlərin dəqiq hesablanması və qanunvericilikdə müəyyən edilmiş müddətdə köçürülməsi;
    Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi;
  • Vergi və digər dövlət orqanları ilə müvafiq yazışmalar;
  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Korporativ mobil nömrə;
  • İş yeri: Bakı şəhəri.

Tələblər

  • Ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
  • Aparıcı mühasib kimi topdan və pərakəndə satış sahəsində iş təcrübəsi - 3 ildən artıq;
  • 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli;
  • MS Office proqramlarını bilməli, (xüsusilə də yüksək səviyyədə Excel və Power BI bilikləri üstünlükdür);
  • Dead-line`larla işləmə bacarığı;
  • Stresə dözümlülük, komanda ilə işləmək bacarığı, qərar qəbulu, prioritetləri müəyyənləşdirmək kimi idarəçi  keyfiyyətlərinə malik olmalıdır;
  • Yaş həddi  25-35.


Oxşar vakansiyalar