Bakı,
Azərbaycan
17.04.25
-
17.05.25
İş haqqında məlumat
- "Uşaq məhsulları" kateqoriyasının inkişaf strategiyasını hazırlamaq (geyim, ayaqqabı, oyuncaqlar, qida, gigiyena, avtomobil kresloları, beşil və s.);
- Məqsədli auditoriyanın (valideynlər, müxtəlif yaş qruplarındakı uşaqlar, körpələr və s.) ehtiyaclarını nəzərə alaraq assortiment matrisini qurmaq;
- Bazar və tələbatı analiz etmək;
- Məhsul çeşidinin qiymət seqmentləri, yaş qrupları və funksionallıq üzrə balanslaşdırılmasını və tamlığını təmin etmək;
- Təchizatçılar və əsas tərəfdaşlarla əməkdaşlıq qurmaq, müqavilələr bağlamaq, danışıqlar aparmaq, əməkdaşlıq şərtlərini razılaşdırmaq: qiymətlər, endirimlər, marjanlıq;
- Kateqoriyanı inkişaf etdirmək və əsas göstəriciləri yaxşılaşdırmaq: GMV, marjanlıq, dövriyyə və s.;
- Promosyon kampaniyalarını təşkil etmək, promosyon təqvimi yaratmaq, xüsusi təkliflər üçün məhsul seçimi etmək;
- Məhsul kartlarının vizual və mətn tərkibini yaxşılaşdırmaq;
- İş qrafiki: 5/2;
- Bakı mərkəzində müasir ofis (Üzeyir Hacıbəyov küç., 57);
- Tibbi sığorta;
- PAŞA Holdinqin DəyərliSən loyallıq sisteminə daxil olma imkanı;
- İnisiyativin qiymətləndiriləcəyi və məlumatların önəmli olduğu komandada işləmək.
Tələblər
- Minimum 3 il əlaqəli iş təcrübəsi;
- Uşaq məhsulları bazarını və tənzimlənən məhsul xətləri barədə yaxşı biliklər;
- Analitik bacarıqlar və Excel, BI sistemləri ilə işləmə bilikləri;
- Elektron ticarət prosesləri və alətləri haqqında əsas biliklər;
- Təchizatçılarla danışıqlar aparmaq və müqavilələri idarə etmək təcrübəsi;
- Marketinq, iqtisadiyyat, menecment və ya oxşar sahələr üzrə bakalavr təhsili;
- Yaxşı ünsiyyət bacarıqları, təchizatçılarla uzunmüddətli münasibətlər qurma bacarığı;
- İngilis və ya rus dillərindən birində yaxşı səviyyədə bilik.