Bakı,
Azərbaycan
17.04.25
-
17.05.25
İş haqqında məlumat
- Zooproduktlar kateqoriyasının inkişaf strategiyasının hazırlanması (yemlər, aksesuarlar, qulluq vasitələri, gigiyenik məhsullar, oyuncaqlar, vitaminlər və s.);
- Heyvanlar üçün məhsul çeşidinin dəstəklənməsi və genişləndirilməsi;
- Kütləvi markalar (Purina, Royal Canin, Pedigree və s.) ilə yanaşı, eksklüziv məhsullar arasında balansın təmin edilməsi;
- Qiymətlərin analizi və rəqabətədavamlı təkliflərin formalaşdırılması;
- Təchizatçılar və tərəfdaşlarla danışıqlar aparmaq, əməkdaşlıq şərtlərini razılaşdırmaq (qiymətlər, bonuslar, promolar);
- Kateqoriyanın inkişafı və əsas göstəricilərin yaxşılaşdırılması: GMV, marjanlıq, dövriyyə və s.;
- Promosyon kampaniyalarının təşkili, promosyon təqviminin hazırlanması, xüsusi təkliflər üçün məhsulların seçilməsi;
- Məhsul kartlarının vizual və mətn kontentinin təkmilləşdirilməsi;
- İş qrafiki: 5/2;
- Bakı şəhərinin mərkəzində müasir ofis (Üzeyir Hacıbəyov küç., 57);
- Tibbi sığorta;
- PAŞA Holdinqin DəyərliSən loyallıq sisteminə çıxış;
- İnisiyativ və verilənlərə əsaslanan qərarların dəyərləndirildiyi komandada çalışma imkanı.
Tələblər
- Bənzər sahədə minimum 3 il iş təcrübəsi;
- Məhsul xüsusiyyətləri üzrə biliklər: yem növləri, aksesuarlar, qulluq vasitələri, zooproduktlara dair normativ tələblər;
- Analitik bacarıqlar və Excel, BI sistemləri ilə işləmək bacarığı;
- Elektron ticarət alətləri və prosesləri haqqında əsas biliklər;
- Təchizatçılarla danışıqlar aparmaq və müqavilələri idarə etmək təcrübəsi;
- Marketinq, iqtisadiyyat, menecment və ya oxşar sahələr üzrə bakalavr dərəcəsi;
- Yaxşı ünsiyyət bacarığı, uzunmüddətli tərəfdaşlıq münasibətləri qurmaq bacarığı;
- Rus və ya ingilis dillərindən birində yaxşı səviyyədə bilik (rus dili üstünlükdür).