KVAN GROUP MMC

Keyfiyyət Mühəndisi

KVAN GROUP MMC
2000 - 2500 ₼
624
Tam iş günü
Bakı, Azərbaycan
09.09.2025 02:26 - 09.10.2025 12:00

İş haqqında məlumat

  • Tikinti proseslərində görülən işlərin və istifadə olunan materialların normativ sənədlərə, layihə tələblərinə və texniki şərtlərə uyğunluğunu yoxlamaq;
  • Keyfiyyət standartlarının tətbiqinə və icrasına nəzarət etmək;
  • Laborator analizlər və texniki sınaqların təşkilinə və nəticələrinin qiymətləndirilməsinə nəzarət;
  • Keyfiyyətə dair gündəlik və aylıq hesabatların hazırlanması;
  • Uyğunsuzluqların aşkar edilməsi və onların aradan qaldırılması üçün tədbirlər təklif etmək;
  • Layihə rəhbərliyi ilə koordinasiyada keyfiyyətin yaxşılaşdırılması istiqamətində işlər aparmaq;
  • Tikinti proseslərində işçilərə texniki dəstək göstərmək və təlimatlandırmaq.

İş şəraiti

  • İş yeri: Kvan Group;
  • Maaş: 2000-2500 AZN (Net);
  • İş rejimi: Tam ştat.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.


 

Tələblər

  • Mühəndislik, tikinti və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Tikinti sahəsində keyfiyyətə nəzarət üzrə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının tikinti norma və qaydaları barədə biliklər;
  • Keyfiyyət idarəetmə standartları (ISO və s.) barədə məlumatlı olmaq;
  • Sənədləşmə, hesabat hazırlama və analitik bacarıqlar;
  • Məsuliyyətli, diqqətli və komandada işləmə qabiliyyəti.


Oxşar vakansiyalar