CV Nədir? Necə hazırlanmalıdır?
CV nədir? – İş axtarışı üçün əvəzolunmaz sənəd
İş axtarışı zamanı CV (Curriculum Vitae) ən vacib sənədlərdən biridir. “Curriculum Vitae” latın dilindən tərcümə olunanda “tərcümeyi-hal” deməkdir və bu sənəd iş axtaran şəxsin təhsilini, iş təcrübəsini, bacarıqlarını və peşəkar nailiyyətlərini əks etdirir.
CV işəgötürmə prosesində ilk mərhələdə işəgötürənin namizəd haqqında ilkin təəssürat formalaşdırmasına xidmət edir. Yaxşı hazırlanmış CV sizi müsahibəyə dəvət almağa bir addım yaxınlaşdırır.
Bir HR menecer hər gün onlarla, bəzən yüzlərlə CV-yə baxır və qərar vermək üçün adətən 5–10 saniyəsi olur. Bu səbəbdən CV yalnız məlumat toplusu deyil, həm də HR-ların diqqətini cəlb edən strateji sənəddir. Yaxşı hazırlanmış CV sizi müsahibəyə dəvət almağa bir addım yaxınlaşdırır. Daha çox vakansiyalara baxmaq üçün HRIN.AZ platformasına nəzər sala bilərsiniz.
CV nə üçün lazımdır?
CV – işə, təcrübə proqramına və ya distant iş elanına müraciət edərkən təqdim olunan sənəddir. Onun əsas funksiyaları bunlardır:
Özünü tanıtmaq – İşəgötürən sizin kim olduğunuzu, hansı sahədə ixtisaslaşdığınızı və bacarıqlarınızı CV vasitəsilə öyrənir.
Təcrübə və bacarıqları göstərmək – CV-də iş təcrübəniz və iştirak etdiyiniz layihələr qeyd olunur.
Uyğunluğu sübut etmək – İşəgötürən sizin vakansiyanın tələblərinə cavab verib-vermədiyinizi CV əsasında müəyyən edir.
İlk təəssürat yaratmaq – Çox vaxt müsahibəyə dəvət olunmaq qərarı məhz CV-yə baxaraq verilir.
CV necə hazırlanır?
CV hazırlayarkən strukturlaşdırılmış və oxunaqlı olması çox önəmlidir. Aşağıdakı bölmələr mütləq şəkildə daxil edilməlidir:
1. Şəxsi məlumatlar
Ad, soyad, telefon nömrəsi, e-mail ünvanı, şəhər və varsa LinkedIn profiliniz və ya portfolio linkiniz.
2. Qısa profil (Summary)
3–4 cümləlik özünüzü təqdimat. Burada bacarıqlarınızı və karyera məqsədinizi qısa şəkildə qeyd edin.
3. Təhsil
Universitet adı, ixtisas, oxuduğunuz illər və GPA (yüksəkdirsə). Əlavə kurs və təlimləri də buraya əlavə edin.
4. İş təcrübəsi
Şirkət adı, vəzifə, tarixlər və əsas nailiyyətlər. Təcrübəniz yoxdursa, könüllü fəaliyyətlərdən bəhs edin.
5. Bacarıqlar
Texniki bacarıqlar, dil bilikləri və şəxsi keyfiyyətlər. (Məsələn: MS Office, SQL, ingilis dili – advanced səviyyə və s.)
6. Sertifikatlar və kurslar
Keçdiyiniz təlimlər, onlayn kurslar və onların tarixləri.
7. Könüllülük və layihələr
Sosial və ictimai layihələrdə iştirak – sizin aktivliyinizi göstərən mühüm bölmədir.
CV hazırlayarkən nələrə diqqət etməli?
CV maksimum 1–2 səhifə olmalıdır. Sadə və oxunaqlı dizayn seçin, çox rəng və qarışıqlıqdan qaçın.
Yazım və qrammatika səhvlərinə diqqət edin. CV-ni PDF formatında saxlayın və göndərin.
Təcrübəsi olmayanlar üçün məsləhətlər
İş təcrübəniz yoxdursa, bu halda:
Könüllü fəaliyyətlər və layihələr haqqında məlumat əlavə edin. Keçdiyiniz kurslar, təlimlər və sertifikatları qeyd edin. Bacarıqlar bölməsini daha ətraflı yazaraq gücləndirin.
📌 Tövsiyə: Təcrübəniz azdırsa, narahat olmayın – kurslar, könüllülük, təcrübə proqramları və layihələr də CV-də dəyərli görünür. Könüllü və təcrübə proqramlarına qoşulmaq üçün HRIN.az iş elanları saytında yerləşdirilən vakansiyalara nəzər sala bilərsiniz.
CV dizaynı barədə ipucları
Minimalist şablonlardan istifadə edin. İnfografika elementləri əlavə etmək olar, amma sadəliyi qorumaq şərtilə.
Onlayn CV hazırlamaq üçün Canva, Zety, ResumeNow kimi platformalardan yararlana bilərsiniz.
Nəticə
CV – iş axtarışı prosesində sizi işəgötürənə tanıdan ən vacib sənəddir. Düzgün hazırlanmış CV ilk təəssüratı müsbət formalaşdırır və müsahibəyə dəvət almaq şansınızı artırır. Təcrübəniz az olsa belə, bacarıqlarınızı, könüllülük fəaliyyətlərinizi və keçdiyiniz kursları düzgün təqdim etməklə fərqlənə bilərsiniz.
Unutmayın ki, CV sadəcə bir sənəd deyil, sizin karyera vizit kartınızdır. Daha çox iş elanları, CV şablonları və karyera məsləhətləri üçün HRIN.AZ platformasına daxil ola bilərsiniz.