Alçipan arakəsmə işlərini yerinə yetirəcək usta
Qartal Tikinti Firmasıİş haqqında məlumat
- İş saatı - 08:00-18:00;
- İstirahət günü - Bazar günləri;
- Qaradağ rayonunda və Sumqayıtda nahar yeməyi firma tərəfindən təmin edilir;
- Qaradağ rayonunda yerinə yetirilən işlər üçün işçilərin Sumqayıtdan aparılıb-gətirilməsi üçün nəqliyyat vasitəsi ayrılır.
Tələblər
- İşçi sxemə uyğun alçıpan arakəsmə və 60x60 sm ölçüdə vinil asma tavanları quraşdıra bilməlidir;
- Bu işləri yerinə yetirmək üçün müvafiq alətlərdən istifadə etməyi bacarmalıdır. Alətlər firma tərəfindən təmin ediləcək;
- Elektrik LED panelləri sxemə uyğun quraşdıra bilməlidir;
- Alçipan konstruksiyası quraşdırıldıqdan sonra şpakilovka ilə üzləyib sonra keyfiyyətlə rəngləməyi bacarmalıdır;
- Sahəyə Sumqayıtdan firmanın avtobusu ilə və yaxud yaxın yaşayış yerindən ictimai nəqliyyatdan istifadə etməklə elə gəlməlidir ki, səhər saat 08:00-da Qaradağ rayonundakı tikinti obyektində və Qartal Tikinti Firmasının Sumqayıtda yerləşən metal-konstruksiya sexində işdə olsun;
- İşlər daima keyfiyyətli və təhlükəsiz yerinə yetirilməlidir. Bəzən ağır iş rejimində sürətli iş tələb oluna bilər, bu hallarda işçinin əməyi yüksək qiymətləndiriləcəkdir;
- Yaş aralığı 20-50 yaş olmalıdır.
- Rəhbərliyin verdiyi digər tapşırıqların ayırd edilmədən icra edilməsi tələb olunur.
CV göndərə bilməyən namizədlərin Sumqayıt şəh. 48-ci məh. Koroğlu prospekti 278 ünvanında yerləşən Qartal Tikinti Firmasının Baş Ofisində Qartal Tikinti Firmasının İnsan resursları üzrə mütəxəssisi Sehran Əhmədovaya müraciət edərək, təqdim edilən hazır CV formasını doldurmaları xahiş olunur.
Namizdələr CV doldurduqdan və ilkin müsahibədən sonra qəbul üçün Firmanın baş mühəndisi Murad Muradovla görüşəcək və işə qəbul edilib-edilməməyi haqqında qərar Murad Muradovla müsahibədən sonra veriləcəkdir.
Murad Muradov namizədləri hər gün saat 17:00-da qəbul edəcək.
İşçilər bizə təcili lazımdır. Xahiş edirəm işləmək niyyətiniz varsa Qartal Tikinti Firmasının İnsan resursları üzrə mütəxəssisi Sehran Əhmədova ilə əlaqə saxlayın və yaxud email göndərin.
Əlaqə: 050 283 00 69