R-Com MMC

Texniki ofis mühəndisi

R-Com MMC
Ə/h razılaşma ilə
3436
Tam iş günü
Bakı, Azərbaycan
07/01/2026 - 21/01/2026

İş haqqında məlumat

İş həcmi və materialların hesablanması

  • Tikinti sahəsində istifadə olunacaq materialların miqdar və spesifikasiyasını hesablayır.
  • Layihə büdcəsinə uyğun hesablamaların aparılması.
  • Sahədə aparılan işlərin layihəyə uyğunluğunu yoxlayır.
  • Müxtəlif sahə komandaları (mexanizatorlar, ustalar, podratçılar) ilə koordinasiyanı təmin edir.
  • Günlük, həftəlik və aylıq texniki hesabatları hazırlayır.
  • İşlərin gedişatı, problemlər və tövsiyələr barədə rəhbərliyə məlumat verir.

Forma 2-lərin Hazırlanması – Texniki Ofis İşləri

  • Texniki ofis mühəndisi tərəfindən Forma 2-lərin hazırlanması aşağıdakı mərhələləri əhatə edir:

Sahədən məlumatların toplanması

  • İşlərin icrası ilə bağlı sahə mühəndisləri və texniki heyətdən lazımi məlumatların toplanması.
  • Qazıntı, dolğu, beton və digər işlərin həcmləri barədə dəqiq məlumatların əldə edilməsi.

Məlumatların yoxlanılması və təhlili

  • Toplanmış məlumatların layihə sənədləri və iş planları ilə uyğunluğunun yoxlanması.
  • Uyğunsuzluqların və boşluqların müəyyən edilməsi.

Forma 2-nin doldurulması

  • Məlumatların rəsmi Forma 2 sənədinə düzgün və tam şəkildə daxil edilməsi.
  • İşlərin miqdarı, sahə göstəriciləri və digər texniki detalların qeyd olunması.

Sənədin təsdiqi və təqdimatı

  • Hazırlanmış Forma 2-lərin layihə rəhbərliyinə və müvafiq tərəflərə təqdim olunması.
  • Sahədə aparılan işlərin rəsmi sənədləşdirilməsi və arxivlənməsi.

Keyfiyyət və uyğunluq təmin

  • Forma 2-lərin tikinti standartları və normativ sənədlərlə uyğunluğunun yoxlanması.
  • Hər bir Forma 2 sənədinin dəqiqlik və tamlıq baxımından təsdiqi.

İş şəraiti

  • Ofis Nərimanov rayonu ərazisində yerləşir. Ayda bir-iki dəfə bölgələrə layihələrlə əlaqədar ezam ola bilər
  • Əmək haqqı razılaşma yolu ilə.
  • İş rejimi həftə də 5 gün.
  • İstirahət günü Şənbə və Bazar

Tələblər

Layihələndirmə və CAD Proqramları

  • AutoCAD – çertyojlardan iş həcimlərinin və materialların çıxarılması (əla bilməlidi)

Layihə Planlaşdırma və İdarəetmə

  • Primavera P6 – Layihə qrafiklərinin hazırlanması və resurs planlaşdırılması.
  • MS Project – Günlük iş planları, qrafiklər və resurs izləmə.

Hesabat və Sənədləşdirmə

  • Microsoft Excel – Məlumatların toplanması, Forma 2-lərin hazırlanması, iş hesabatları.
  • Microsoft Word – Rəsmi sənədlər, icmallar və hesabatların hazırlanması.
  • Adobe PDF / Acrobat – Sənədlərin rəsmi paylaşımı və arxivlənməsi.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.


Oxşar vakansiyalar