NBA Technologies International

ATM avadanlıqları üzrə kiçik mütəxəssis

NBA Technologies International
Ə/h razılaşma ilə
1460
Tam iş günü
Bakı, Azərbaycan
20/05/2026 - 03/06/2026

İş haqqında məlumat

  • ATM avadanlıqlarına proqram təminatının quraşdırılması;
  • ATM avadanlıqlarında fayl sisteminə dəyişikliklərin edilməsi, əsas reyestrinin qurulması; 
  • ATM avadanlıqlarının və digər özünəxidmət cihazlarının komponentlərinin yığılması, sökülməsi və təmiri;
  • Birbaşa rəhbəri tərəfindən verilən vəzifə öhdəliklərinə aid olan digər tapşırıqların həyata keçirilməsi.

İş şəraiti

  • İş qrafiki: bazar ertəsi- cümə 09:00-18:00
  • İş yerinin ünvanı: Bakı, A. Quliyev küç., 1131, Babək Plaza
  • Əmək haqqı: təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.

Tələblər

  • Təhsil: Ali və ya Orta ixtisas;
  • Elektrik işlərindən nəzəri anlayışın olması;
  • Kompüter bilikləri: MS Office proqramları və digər kömpüter bilikləri (Windows 7/10, Kompüterlər və onun komponentləri haqqında biliklər, Proqramların quraşdırılması, Əsas registr. Acronis 2019-2021, Ghost32)
  • Dil bilikləri: Azərbaycan dili səlis; İngilis, Rus və Türk dili arzuolunandır;
  • Komandada işləmək, problem həll etmə, öyrənmə bacarıqları;
  • Sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması vacibdir.
  • Regionlara ezamiyyətlərə getmək imkanı olmalıdır.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar