Hədəf STEAM Liseyi

Biologiya Müəllimi (rus bölməsi)

Hədəf STEAM Liseyi
Ə/h razılaşma ilə
3805
Tam iş günü
Bakı, Azərbaycan
18/03/2026 - 01/04/2026

İş haqqında məlumat

  • Məktəbin tədris proqramı, şagirdlərin fərdi ehtiyaclarına uyğun olaraq biologiya dərslərinin planlaşdırılması və tədrisi;
  • Dərslərin rus dilində effektiv və anlaşılan şəkildə tədrisi;
  • Şagirdlərin bilik səviyyəsinin mütəmadi qiymətləndirilməsi və inkişafının izlənməsi;
  • Testlər, iş vərəqləri və dərs təqdimatlarının hazırlanması;
  • Müasir tədris metodları və texnologiyalarından istifadə etməklə dərslərin təşkili;
  • Sinifdə müsbət və effektiv tədris mühitinin yaradılması və sinif idarəetməsinin təmin edilməsi;
  • Şagirdlərin tədris nailiyyətlərinin mütəmadi qiymətləndirilməsi və nəticələrin izlənilməsi;
  • Şagirdlərə və valideynlərə müntəzəm və konstruktiv geribildirim verilməsi;
  • Məktəbdaxili iclaslarda, pedaqoji müzakirələrdə və digər akademik fəaliyyətlərdə iştirak.

Biz Nə Təklif Edirik

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
  • İş saatları: 08:00 – 17:00 (həftədə 5 gün);
  • 56 gün ödənişli məzuniyyət;
  • Şirkət tərəfindən gündəlik nahar;
  • Əməkdaşların övladları üçün məktəb ödənişlərində endirim;
  • Müntəzəm təlim və inkişaf proqramları;
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.

Ünvan - Hədəf Liseyi Azadlıq korpusu olacaq - https://maps.app.goo.gl/75DP1X9Aa1ZgDVkN7

Tələblər

  • Biologiya və ya müvafiq ixtisas üzrə bakalavr dərəcəsi (mütləqdir);
  • Rus dilini yüksək səviyyədə bilmə (rus bölməsində tədris aparmaq üçün);
  • Biologiya fənninin tədrisi üzrə minimum 1 il iş təcrübəsi;

Bacarıqlar və Səriştələr:

  • Fənn üzrə yüksək bilik səviyyəsi;
  • Vaxtın idarə edilməsi və komanda ilə işləmə bacarığı
  • Dəqiq, məsuliyyətli və cavabdeh yanaşma;
  • Güclü ünsiyyət və təqdimetmə bacarıqları;
  • Müsbət və peşəkar münasibət;
  • Effektiv sinif və zaman idarəetməsi bacarıqları.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.