Bakı,
Azərbaycan
30.06.2025 16:38
-
30.07.2025 12:00
İş haqqında məlumat
- Müştəri tələblərinə uyğun olaraq boru məhsulları üzrə kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Yerli və xarici müştərilərlə gündəlik əlaqələrin qurulması, danışıqların aparılması və satış müqavilələrinin bağlanması;
- Satış planlarının və hədəflərinin icrasını təmin etmək üçün aktiv satış fəaliyyətinin həyata keçirilməsi;
- Bazarın təhlili, rəqiblərin qiymət və məhsul strategiyalarının izlənməsi;
- Satış prosesinin bütün mərhələlərində (sifarişdən çatdırılmaya qədər) istehsalat, logistika və maliyyə komandaları ilə koordinasiyanın təmin edilməsi;
- Satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Müştəri məmnuniyyətinin təmin edilməsi və satış sonrası dəstəyin göstərilməsi.
Tələblər
- Biznesin idarə olunması, beynəlxalq ticarət, sənaye mühəndisliyi və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
- Metallurgiya, boru istehsalı və ya sənaye məhsullarının satışı sahəsində minimum 1–2 il iş təcrübəsi;
- Tikinti, neft-qaz və infrastruktur sektorları üzrə satış təcrübəsi üstünlük sayılır;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq və yazı bacarığı;
- Aktiv satış və effektiv danışıqlar aparmaq bacarığı;
- Güclü analitik və kommunikasiya bacarıqları;
- Müştəriyönümlü düşüncə və problemləri çevik şəkildə həll etmək qabiliyyəti;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- Komandada işləmək bacarığı və nəticəyə yönəlik yanaşma.