Bakı,
Azərbaycan
14.10.2025 00:00
-
14.11.2025 00:00
İş haqqında məlumat
- Daxil olan zənglərə cavab verərək, məhsullar, xidmətlər və texniki problemlər barədə məlumat vermək;
- Elektronika məhsulları və texniki avadanlıqlar haqqında məlumat verərək müştəriyə uyğun təkliflər hazırlamaq və satış hədəflərinə çatmaq;
- Müştərilərə məhsulun istifadəsi ilə bağlı texniki dəstək vermək, nasazlıqlar və ya əməliyyat problemləri ilə bağlı həll yolları təqdim etmək;
- Müştərilərin şikayət və problemlərini diqqətlə dinləyib, onları müvafiq şöbələrə yönləndirmək və həllin təmin olunmasına kömək etmək;
- Çağrı mərkəzinin müvafiq bazasında müştəri məlumatlarının düzgün və tam olmasına diqqət yetirmək, məlumatların təzələnməsini təmin etmək;
- Müəyyən edilmiş satış və xidmət hədəflərinə çatmaq üçün effektiv şəkildə çalışmaq, müştəri ehtiyyaclarını müəyyən etmək və düzgün məhsul və ya xidmət təqdim etmək;
- Müştəri məmnuniyyətini təmin etmək məqsədilə müştəri ilə düzgün, səmimi və dostyana ünsiyyət qurmaq;
- Yeni məhsul və xidmətlər haqqında biliklərin mütəmadi olaraq yenilənməsi və müştərilərə ən doğru məlumatın verilməsi;
- Sayt üzərindən olunan müraciətlərin cavablandırılması.
. İş saatları və əmək şərtləri
- Əmək haqqı: 700 man;
- İş qrafiki:5 günlük iş qrafiki (11:00-20:00);
- İstirahət günləri: 2 gün;
- İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.
Uyğun namizədlər CV fomalarını [email protected] poçt ünvanına mövzu hissədə “Çağrı mərkəzi operatoru” qeyd edərək göndərə bilərlər.
Tələblər
- Ali və ya orta ixtisas təhsili;
- Yüksək ünsiyyət bacarıqları;
- Problem həll etmə qabiliyyəti;
- Müştəri məmnuniyyətini təmin etmə bacarığı;
- Müvafiq texniki biliklər və məhsullar barədə məlumat;
- Komanda ilə işləmək qabiliyyəti;
- Microsoft Office və digər müvafiq proqramlardan istifadə bacarığı;
- Çağrı mərkəzində və ya müştəri xidməti sahəsində iş təcrübəsi mütləqdir;
- Azərbaycan və Rus dili - əsas; İngilis dilləri arzuolunandır.