Bakı,
Azərbaycan
14.08.2025 04:41
-
14.09.2025 12:00
İş haqqında məlumat
- Növbə ərzində istehsal prosesinin fasiləsiz işini təmin etmək üçün elektrik və avtomatika ilə bağlı problemlərin həll edilməsi;
- İş əmrlərinə əsasən elektrik və elektronik təmir və ya montaj işlərinin icrası;
- Növbə ərzində istehsal prosesinin dayanıqlığının təmini üçün istismar avadanlıqlarının, bütün ölçmə cihazlarının texniki təmirinin icrası;
- Qəza duruşlarında elektrik nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması;
- Həftəlik, aylıq və illik elektrik təmir işlərinin plana uyğun yerinə yetirilməsi;
- Qaz təchizatı sisteminin istifadəsini planlamalı, istehsalat tapşırıqlarını verməli və onların “Qaz Xidmətinə dair Əsasnamə” yə uyğun icra olunmasına nəzarət etməlidir;
- API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi;
- Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək;
- İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Biz nə təklif edirik:
- Könüllü tibbi sığorta;
- Servis avtobusu;
- Şəxsi və peşəkar inkişaf imkanları;
- İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti;
- İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri;
- Digər imtiyazlar.
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində yerləşən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Tələblər
- Orta təhsil və ya peşə təhsili;
- Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi.
Tələb olunan kompetensiyalar:
- Müştəriyönümlülük;
- Əməyin mühafizəsi qaydalarından xəbərdar olma;
- Bütövlük;
- Yenilikçilik.