Bakı,
Azərbaycan
15.08.2025 02:50
-
15.09.2025 12:00
İş haqqında məlumat
- Tikinti layihələrində elektrik sistemlərinin layihələndirilməsi və çertyojlarının hazırlanması;
- Elektrik avadanlıqlarının və materiallarının spesifikasiyalarının müəyyən edilməsi;
- Layihənin icrası zamanı elektrik quraşdırma işlərinə nəzarət;
- Mövcud elektrik sistemlərinin texniki xidmət və təmir işlərinin planlaşdırılması;
- Layihələrin vaxtında və büdcəyə uyğun tamamlanmasını təmin etmək;
- Tez-tez bölgələrə ezamiyyətlərə hazır olmaq.
İş şəraiti:
- İş qrafiki: Həftə içi 5 gün saat 08:00-17:00;
- Nahar: 12:00-13:00;
- İstirahət günləri: şənbə, bazar.
Müraciət qaydası:
Maraqlanan namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciətin mövzu hissəsində “Elektrik Mühəndisi” qeyd edilməsi mütləqdir.
Tələblər
- Elektrik Mühəndisliyi sahəsində ali təhsil;
- Tikinti sektorunda ən azı 3 il iş təcrübəsi;
- CAD proqramları (xüsusilə AutoCAD və ya oxşar proqramlar) ilə mükəmməl işləmə bacarığı;
- Elektrik paylayıcı şitlər, kabellər, generatorlar və digər avadanlıqlar haqqında geniş bilik;
- İstehsalat, tikinti normaları və elektrik təhlükəsizliyi qaydaları haqqında biliklər;
- Problemləri həll etmək və qərar qəbul etmək bacarığı;
- Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, ingilis dili biliyi arzuolunandır.