ATEF Şirkətlər Qrupu

Elektrik qaynaqçısı

ATEF Şirkətlər Qrupu
Ə/h razılaşma ilə
334
Tam iş günü
Bakı, Azərbaycan
09/09/2026 - 23/09/2026

İş haqqında məlumat

“ATEF ŞİRKƏTLƏR QRUPU” MMC “Elektrik qaynaqçısı” vəzifəsinə vakansiya elan edir.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi,
  • Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən müsahibə zamanı müəyyən ediləcəkdir.
  • Tam sosial təminat (məzuniyyət və s.) 
  • 5 günlük iş həftəsi
  • Nahar fasiləsi: 12:00-13:00
  • Nahar müəssisə tərəfindən təmin edilir.

Vəzifə öhdəlikləri

  • İstehsalat sahəsində metal konstruksiyaların, detalların, hissələrin və müxtəlif avadanlıqların elektrik qaynağı işlərini yerinə yetirmək;
  • Qaynaq işlərini texniki sənədlərə, çertyoj və müəyyən edilmiş texnoloji tələblərə uyğun icra etmək;
  • Qaynaq ediləcək səth və detalları qaynaq prosesinə hazırlamaq;
  • Qaynaq aparatını, elektrodları, kabelləri və digər köməkçi avadanlıqları işə hazırlamaq;
  • Qaynaq ediləcək materialın növünə, qalınlığına və işin xüsusiyyətinə uyğun elektrod və qaynaq rejimini müəyyən etmək;
  • Müxtəlif mürəkkəblikdə qaynaq tikişlərini yerinə yetirmək;
  • Qaynaq tikişlərinin keyfiyyətinə nəzarət etmək və aşkar olunmuş qüsurları aradan qaldırmaq;
  • Metal konstruksiya və detalların yığılması və qaynaqlanması işlərində iştirak etmək;
  • Zəruri hallarda metalın kəsilməsi, daşlanması və qaynağa hazırlanması kimi köməkçi işləri yerinə yetirmək;
  • Qaynaq avadanlıqlarından və əl alətlərindən düzgün və təhlükəsiz istifadə etmək;
  • İş prosesində istifadə olunan avadanlıqların texniki sazlığını nəzarətdə saxlamaq və nasazlıqlar barədə rəhbərinə məlumat vermək;
  • İş yerinin təmiz və səliqəli saxlanılmasını təmin etmək;
  • Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;
  • Verilmiş istehsalat tapşırıqlarını müəyyən edilmiş müddətdə və tələb olunan keyfiyyətdə yerinə yetirmək.

Tələblər

  • Orta ixtisas və ya peşə təhsili;
  • Elektrik qaynaqçısı ixtisası üzrə müvafiq iş təcrübəsi;
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
  • Elektrik qövs qaynağı üzrə nəzəri və praktiki biliklər;
  • Müxtəlif metal və metal konstruksiyaların qaynaqlanması üzrə praktiki bacarıqlar;
  • Elektrodların seçilməsi və qaynaq rejimləri haqqında bilik;
  • Qaynaq avadanlıqları və alətlərindən düzgün istifadə etmək bacarığı;
  • Texniki çertyoj və sənədləri oxumaq bacarığı;
  • Qaynaq tikişlərinə qoyulan əsas keyfiyyət tələblərini bilməli;
  • Əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməli;
  • İstehsalat şəraitində işləmək bacarığı;

Namizədin şəxsi keyfiyyətləri:

  • Məsuliyyətli və intizamlı olmaq;
  • Diqqətli və dəqiq işləmək;
  • İşə ciddi və planlı yanaşmaq;
  • Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək;
  • Komandada işləmək bacarığı;
  • Təhlükəsizlik qaydalarına riayət etmək;
  • Operativ və çevik olmaq;
  • Fiziki işə uyğunlaşmaq..

Oxşar vakansiyalar