hrin.az
Reklam

Fly Yoga məşqçisi (Aerial Yoga Instructor)

Gym Management Company

Əmək haqqı: Razılaşma

13127 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
Yaş18-65
Kompüter bilikləriYoxdur
TəhsilTam orta
Azərbaycan diliYoxdur
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Vəzifə öhdəlikləri

·       Müxtəlif hazırlıq səviyyələrinə uyğun Fly Yoga üzrə fərdi və qrup dərslərinin keçirilməsi;

·       Hamaka daxilolma və çıxma, tarazlıq, dartınma və nəfəsalma texnikalarının öyrədilməsi;

·       Dərsdən əvvəl hamakların və bərkidici elementlərin vizual yoxlanılması, nasazlıqların bildirilməsi;

·       Hərəkətlərin, o cümlədən inversiyaların təhlükəsiz icrasına nəzarət və zəruri dəstəyin göstərilməsi;

·       İştirakçıların hazırlıq səviyyəsi və əks göstərişlər nəzərə alınmaqla hərəkətlərin uyğunlaşdırılması;

·       Müştərilərin inkişafının izlənilməsi və motivasiyasının dəstəklənməsi.

Namizədə tələblər

·       Fly Yoga (Aerial Yoga) üzrə praktiki məşqçilik təcrübəsi;

·       Anatomiya, elastiklik, tarazlıq, təhlükəsizlik və əks göstərişlər üzrə biliklər;

·       Fly Yoga üzrə müvafiq sertifikatın olması üstünlükdür;

·       Yüksək ünsiyyət və motivasiya bacarığı;

·       Məsuliyyətlilik, pozitiv yanaşma və komandada işləmək bacarığı;

·       Azərbaycan dili biliyi; rus və/və ya ingilis dili biliyi üstünlükdür.

Biz təklif edirik

·       Peşəkar və dinamik iş mühiti;

·       Peşəkar inkişaf və təlim imkanları;

·       Stabil və uzunmüddətli əməkdaşlıq;

·       Namizədin təcrübə və bacarıqlarına uyğun əməkhaqqı.

İş şərtləri

İş qrafiki: Həftədə 6 gün, 13:00–21:00

İş yeri: Aqua Wellness Club, Bakı, 28 May, Rəşid Behbudov küçəsi 55

Reklam