
İş haqqında
· Stasionar velosipedlərdə müxtəlif hazırlıq səviyyələrinə uyğun qrup məşqlərinin keçirilməsi;
· Məşqin isinmə, əsas yük və soyuma mərhələlərinin planlaşdırılması;
· Velosipedlərin oturacaq və sükan parametrlərinin iştirakçılara uyğun tənzimlənməsinə kömək edilməsi;
· Düzgün pedal çevirmə texnikası, müqavimət və məşq intensivliyinə nəzarət;
· Musiqi və motivasiya üsullarından istifadə etməklə dinamik məşq mühitinin yaradılması;
· Avadanlığın dərsdən əvvəl yoxlanılması və təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət.
Namizədə tələblər· Indoor Cycling və ya qrup kardio məşqləri üzrə müvafiq təcrübə;
· Məşq fiziologiyası, kardio yüklənmə, intensivliyin idarə edilməsi və təhlükəsizlik üzrə biliklər;
· Indoor Cycling üzrə müvafiq sertifikatın olması üstünlükdür;
· Yüksək ünsiyyət və motivasiya bacarığı;
· Məsuliyyətlilik, pozitiv yanaşma və komandada işləmək bacarığı;
· Azərbaycan dili biliyi; rus və/və ya ingilis dili biliyi üstünlükdür.
Biz təklif edirik· Peşəkar və dinamik iş mühiti;
· Peşəkar inkişaf və təlim imkanları;
· Stabil və uzunmüddətli əməkdaşlıq;
· Namizədin təcrübə və bacarıqlarına uyğun əməkhaqqı.
İş şərtləriİş qrafiki: Həftədə 6 gün, 13:00–21:00
İş yeri: Aqua Wellness Club, Bakı, 28 May, Rəşid Behbudov küçəsi 55

